Icma.az
close
up
RU
Cəriməni artırmaqla təbiəti qorumaq olmur

Cəriməni artırmaqla təbiəti qorumaq olmur

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.



Samir Əsədli


Təbiəti qorumaq təkcə dövlət qurumlarının, müəyyən təşkilatların və ekoloqların işi deyil. Bu, hər bir insanın üzərinə düşən bəşəri borcdur. Çünki təbiət sadəcə, yaşadığımız mühit deyil, bizim nəfəs aldığımız hava, içdiyimiz su, yediyimiz qida, bir sözlə, bu gün və gələcək üçün həyat təminatıdır.

Təbiətə laqeydlik, meşələrin qırılması, çayların çirklənməsi, torpağın zəhərlənməsi birbaşa insan sağlamlığına və millətin gələcəyinə zərbədir. Meşələr yox olarsa, su mənbələri də quruyar, bulaqlar tükənər. Deməli, hər kəs təbiətin qatığsına qalmalıdır, çünki təbiəti qorumaq əslində öz həyatımızı qorumaqdır.

Amma təəssüf ki, çağdaş insanın baxışı belə deyil və təbiətə yad münasibətimiz onu dəyişir. Dünyada sürətlə iqlim dəyişikliyi gedir. Qlobal istiləşmə, su çatışmazlığı, meşələrin məhv edilməsi və heyvanların azalması artıq hamımızın gündəlik həyatına təsir edir. Bu problemlərin ən böyük səbəbi isə insan amilidir: insanın öz maddi mənfəətinə görə təbiətə ziyanlı müdaxiləsi, nəzarətsiz sənaye istehsalı və tullantıların düzgün idarə olunmaması.

Bizdə isə çox vaxt “cəriməni artırmaq”la məsələnin həll olunacağı düşünülür. Məsələn, sellofan paketlərin pullu edilməsi. Guya bununla tullantılar azalacaq, təbiət qorunacaq. Amma nəticə nə oldu? Sadəcə, yeni bir sahədə pul qazananların sayı artdı. Təbiət isə hələ də eyni zərbələri alır. Çünki əsas səbəb aradan qaldırılmadı və maarifləndirmə işləri aparılmadı. İnsan başa düşməlidir ki, sellofan torpaqda min illərlə qalır, suya düşəndə canlıları məhv edir, qida zəncirinə qədər çatır.

Dünya təcrübəsi nə deyir? Qabaqcıl ölkələrdə maarifləndirmə ön plandadır. Belə ki, Avropanın bir çox şəhərlərində məktəblərdə uşaqlar erkən yaşdan tullantıların çeşidlənməsini öyrənirlər. Onlar bilirlər ki, kağız ayrıca, plastik ayrıca, şüşə ayrıca toplanmalıdır. Skandinaviya ölkələrində televiziya və internetdə hər gün ekoloji maarifləndirici proqramlar yayımlanır. İnsanlar təbiətə qarşı məsuliyyətsizlik göstərsə, cəmiyyət özü qınaq edir. Yaponiyada “tullantı mədəniyyəti” elə bir səviyyədədir ki, vətəndaş evindən belə zibilləri günün müəyyən vaxtında, çeşidlənmiş halda çıxarır. Orada heç kəs buna “mənə nə” demir, çünki hamı anlayır: təbiət hamının evidir.

Bizdə isə çox vaxt məsələni yalnız “cəza” ilə həll etməyə çalışılır. Amma insanın düşüncəsi dəyişməyincə, cərimənin miqdarı heç nəyi həll etmir. Əksinə, vətəndaş özünü dövlətə qarşı yüklənmiş hiss edir. Halbuki o, öyrədilsə, maarifləndirilsə, təbiəti qorumağın vacibliyini dərk etsə, heç bir cəriməyə ehtiyac qalmaz.

Ətrafımıza baxaq, hər gün istirahət yerlərində tullantılar qalaqlanır, plastikin miqdarı artır, heyvanların yaşayış mühiti daralır. Ən təhlükəlisi isə odur ki, hər kəs öz zibilini tullayanda məsələni “kiçik bir detal” sayır. Halbuki milyonlarla insan eyni məsuliyyətsizliyi göstərdikdə, təbiətin bütöv balansı pozulur. Bu problem yalnız bir tədbirlə həll oluna bilər, o da maariflənmə ilə. Televiziya kanalları boş verilişlər əvəzinə hər gün maarifləndirici proqramlar təqdim etsə, məktəblərdə ekoloji dərslər güclənsə, insanlar tədricən təbiətə qarşı məsuliyyət hissini qazanacaq.

Sellofan paketlərin pullu olması, avtomobillərdən tullantıların atılmasına cərimə yazılması ilə təbiət düzəlmədi, düzəlməyəcək də. Amma insan şüuru dəyişsə, hər bir vətəndaş tullantısını çeşidləsə, təbiətə “öz evi” kimi yanaşsa onda təbiət də, gələcək də xilas olacaq.

Azərbaycan üçün nə etmək olar?

Məktəblərdə və universitetlərdə “ekoloji dərslər” mütləq fənn kimi tədris olunmalıdır.

Televiziya və sosial şəbəkələrdə mütəmadi maarifləndirici kampaniyalar keçirilməlidir.

Plastik tullantıların çeşidlənməsi üçün şəhərlərdə ayrıca konteynerlər qoyulmalı və insanlar buna alışdırılmalıdır.

Könüllü gənclərin iştirakı ilə park və meşələrin mütəmadi təmizlənməsi aksiyaları təşkil olunmalıdır.

Ən əsası, “təbiət mədəniyyəti” uşaq yaşından ailədə öyrədilməlidir, çünki əsl dəyişiklik tərbiyə və maarifdən başlayır.

Azərbaycanın kəndlərində bulaqların, çayların qorunması üçün xüsusi proqram hazırlanmalı, meşələrin qırılmasına qarşı ciddi ictimai nəzarət mexanizmi qurulmalıdır. Əgər meşə qorunarsa, bulaqlar da yaşayacaq, su mənbələri də gələcək nəsillərə qalacaq.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 27 Avqust 2025 14:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri