Icma.az
close
up
RU
Çərkəzlərin etnik təmizlənməsi və davam edən iztirabları

Çərkəzlərin etnik təmizlənməsi və davam edən iztirabları

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Aida Eyvazlı Göytürk,
“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İB-nin sədri

“...Mən heç zaman Novorossiysk buxtasında dəniz sahilində bir yerə yığılıb soyuqdan donan və ölən 17 min nəfərə yaxın dağlıları unutmayacağam. Qışın bu çovğunlu və qarlı  çağında  onları  ac-yalavac, dənizin sahilinə sıxışdırmışdılar.  Yaşamaq üçün heç bir ehtiyatları yox idi. Buralarda açıq havada aclıq və səfalət üzündən yayılan tif, ospa xəstəliyi də onların sayını ildırım sürəti ilə azaldırdı. İnsanlar əlacsız idilər...  Nəm torpağın üstündə iki körpə uşağı da yanında əynindəki nazik nimdaş köynəkdə uzanılı qalmış bir gənc çərkəz qadınının cansız bədənin görəndə dəhşətə gəldim. Körpələrdən biri son nəfəsini verirdi, həyatla ölüm arasında mübarizə aparır, çabalayırdıdı. Digər körpə isə anasının döşünü axtarırdı ki, əmsin...”. Bu sətirlər XIX əsrin hərb tarixçisi Berje Adın “Dağlıların Qafqazdan köçürülməsi” (Берже Ад. П . Выселение горцев с Кавказа. // Русская старина. 1882. т. 33. книга 2. стр. 362-363) kitabındandır. Bu xatirə Çərkəz xalqının iztirablarının kiçik bir epizodudur.  Şimali Qafqazın avtoxton sakinləri - qədim adı “adıq” olan çərkəzlər böyük məşəqqətlər çəkib.

Hələ I Pyotr dövründən çərkəzlərin tale üzünə gülmür. 1857-ci ildə Çar II Aleksandrın “Qafqazda rus kazak əhalisinin yerləşdirilməsi və yerli tayfaların bir hissəsinin köçürülməsi vasitələri haqqında” fərmanı çərkəzlərin etnik təmizlənməsini gücləndirir. İvan Drozdov adlı rus zabiti 1863-64-cü ildə baş verən hadisələri, çərkəzlərin başına gətirilən müsibəti belə qeyd edirdi: “Fevralın sonunda ordu dağlıların köçürülməsinə nəzarət etmək üçün Marte çayının sahilinə çatdı, etiraz edənlərə güc tətbiq edirdilər... Yollarda iyrənc bir mənzərə var idi... hər yerdə qadınların, uşaqların, qocaların itlər, vəhşi heyvanlar tərəfindən parçalanmış  meyiti səpələnmişdi... Quduzlaşmış ac heyvanlar acından taqəti qalmayan insanların üstünə cumur, onları diri-diri parçalayırdılar... Yəqin ki, insanlıq yaranan gündən bu qədər insanın ölüb yollarda qaldığı olmamışdı... Dağların sakinləri qırılmış, ölmüşdülər. İndi Kuban vilayətində  həmin o insanların əvəzinə dağlarda ancaq ayı, it, canavar görünürdü...  Qara dənizin şimal-şərq sahili meyitlərlə dolu idi... (И. Дроздов. Последняя борьба с горцами на Западном Кавказе // Кавказский сборник. 1877. Т. 2. С. 548).

Çar Rusiyasının qanlı fərmanı ilə  öz yurdlarından didərgin salınmış, öz doğma yurdlarına bağlı, dağlarına yaxından bələd olan çərkəzlər təslim olmurdular. Onlar dağlara, kahalara çəkilib rus ordusuna hücum edirdi.  Bu isə çar komandanlığını çox hiddətləndirirdi.  Dağlıların qanına susamış çar hakimiyyətinə mənsub mundirli çinovniklər və kazaklardan ibarət olan dəstələr Qara dəniz sahilini boşaltmaq üçün burada yaşayan avtoxton xalqı məhv etmək planını qəddarlıqla həyata keçirirdi.


1929-cu ildə Qafqazşünas akademik  Simon Canaşi  1863-cü ildən başlayan çərkəz soyqırımının şahidi olmuş 91 yaşlı şahid Napasau Yabarakhu Qansakxunun şahid ifadəsini belə qələmə almışdı:  “Məcburi köçürülmə zamanı dənizdə ölənlərin bədənlərini su sahilə atırdı. Sahildə  insan sümükləri və insan kəllələrindən zolaq yaranmışdı. Düşmənimə də belə mənzərəni görməyi arzulamıram (Сим. Джанашиа, Труды, Т.IV.Тб, 1968, стр.124).

Çərkəzlərin deportasiyası 1853-cü ildə başladı və 1910-cu ilə qədər davam etdirildi.

Çərkəzlərin deportasiyası zamanı yollarda ölənlərin sayı haqqında  Çar Rusiyasının Trapezundakı  konsulu  A.N.Moşin yazırdı: “Deportasiyanın ilk günlərində Trapezuna və ətraf əyalətlərə 247 min nəfər adam gətirildi.  Onlardan 19 000 nəfəri ölüb, 63290 adam sağdır, gətirilənlər arasında  hər gün 180-250 adam ölür. İnsanların arasında tif xəstəliyi yayılıb... 1863-cü ilin noyabr-dekabr ayları ərzində Tarpezuna 100 nəfər köçəri gəlib,  Konstantinopola  və Varnaya 4650 adam göndərmişik. Onların arasında da hər gün 40-60 adam ölür. Trapezunda hələ 2050 nəfər adam gözləyir” (Берже А. Я. Выселение горцев с Кавказа. — Русская старина. 1882, Т. XXXIII, с. 176. Цит. по: Ф. Бадерхан. «Северокавказская диаспора в Турции, Сирии и Иордании (вторая половина XIX — первая половина XX века)».. М.: Институт востоковедения РАН, 2001. стр. 40.).

1867-ci ildə Osmanlıda rəsmi məlumatlara görə, Osmanlı İmperiyası ərazisində sürgün edilən çərkəzlərin sayı (öldürülənlər istisna olmaqla) 595 min nəfər idi." (А.В. Кушхабиев. Рецензия на статью Д. Сыромятникова «Война как средство конструирования нации».).

Mühacirətin çətinliyini öz gözləri ilə görən türk ordusunun çərkəz zabiti Nuri sonralar həmin dəhşətli hadisələri belə xatırlayırdı: “...Yelkənli qayıqlarda dalğalar və küləklər bizi it kimi o baş-bu başa atırdı. Kimisi suya düşüb boğulur, kimisi aclıqdan ölürdü. Hamının əyin başı cırıq-cırıq paltarda idi. Xəstələnənlər ümidlərini üzmüşdülər, ölümü ən gözəl nemət və qonaq kimi gözləyirdilər. Nə hamilələr, nə qocalar, nə də uşaqlar xilas ola bilmirdilər. Bizim son sığınacaq yerimiz dənizin suları idi...”.

Çərkəzlərin deportasiyası və soyqırımı ilə bağlı söhbət etdiyim həmsöhbətlərim İsraildə yaşayan qafqazşünas, tarixçi alim və jurnalist, Çərkəz Şurasının müşaviri Avraam Şumleviç, Türkiyədən Çərkəz İcmasının nümayəndəsi Selcuk Ulutaş, çərkəz irsini araşdıran gürcüstanlı  professor Merab Çuxua, “Çərkəzlərin Milli Hərəkatı”nın Avropa üzrə  nümayəndəsi İbrahim Yaqanov onu da dedilər ki, XIX əsrin ortalarından başlayaraq məcburi soyqırım və köçürülmə siyasəti nəticəsində 1.5 milyon çərkəz öldürülüb. Bu, əsl soyqırımdır. Çərkəzlərin say artımı daha çox Türkiyədə baş verib. Çünki Osmanlı Türkiyəsi həmin vaxt çərkəzlərə, kabarda balkarlarına sahib çıxıb, sayları 6 milyonu keçib. Bundan əlavə isə çərkəzlər həm də, İordaniyada, İsraildə, Misirdə,  Amerikada ,Avropada məskunlaşıblar. Həmin çərkəzlər isə bu gün də öz doğma və tarixi yurdlarına qayıtmaq üçün mübarizə aparırlar. Və əgər 1863-cü ildən başlayaraq 1 milyon 500 mindən artıq çərkəz rus çarının fərmanı ilə öldürülməsəydi, onların sayı bu gün 20-30 milyonu ötüb keçməliydi.

Dünyadakı mühacir çərkəzlər və adıqlar 1992-ci ildə Gürcüstan Parlamentində, 2025-ci ildə isə Ukrayna Parlamentində Çərkəz Soyqırımı haqqında beynəlxalq sənədi qəbul ediblər. İndi isə onlar Litva Respublikasının seymində həmin qanunu qəbul etdirmək üçün çalışırlar.

Çar Rusiyasından qalma “Parçala, hökm et” siyasətinin acı nəticəsidir ki, Rusiyada bu gün də çərkəzlər əsasən Kabarda-Balkar, Adıgey, Qaraçay-Çərkəz respublikalarının ərazinə səpələniblər. Hazırda Rusiyada yaşayan çərkəzlərin ümumi sayı təəssüf ki, 1 milyon nəfər belə deyil. Və bu 1 milyon nəfər olmayan çərkəzlərin öz dillərində cəmiyyətdə yaşayıb, inkişaf etməsinə də  rus hakimiyyəti maneçilik edir.  Vətən dil olmayan yerdə qurtarır. Xoşbəxt o xalqlardır ki, öz dillərini qoruyur və ya onun uğrunda mübarizə aparmağı bacarırlar.

Tarixi faktlara əsaslanmış bu məqaləni “xalqlar həbsxanası” olan Rusiyada soyqırıma uğrayan bütün xalqların əziz xatirəsinə ehtiram olaraq qələmə aldım.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://modern.az
archiveBu xəbər 29 İyul 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see242

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see223

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see220

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see210

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see206

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see198

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see188

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see158

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Sədərəkdə yarım qalan işləri tamamlamaq üçün 7,6 milyon xərclənəcək

10 Dekabr 2025 20:00see138

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see134

Mədəniyyət Nazirliyi Bəxtiyar Vahabzadənin yubiley gecəsinin biletlərini 140 manata satıb

11 Dekabr 2025 12:41see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri