Icma.az
close
up
RU
“Çərkəzlərin haqq davası və tarixi ədalət arayışı” adlı tədbir keçirilib FOTO

“Çərkəzlərin haqq davası və tarixi ədalət arayışı” adlı tədbir keçirilib FOTO

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“İpək Yol”u Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyi çərkəz araşdırmaları ilə əlaqədar tədbirləri davam etdirir.

Bakupost.az xəbər verir ki, iyulun 30-da bu silsilədən növbəti onlayn konfrans baş tutub. “Çərkəzlərin haqq davası və tarixi ədalət arayışı” adlı toplantıya ABŞ, İsrail, Polşa və Türkiyədən çərkəz icmasının tanınmış xadimləri, QHT sədrləri qatılıb.

Konfransda Çar Rusiyası, SSRİ və ondan sonrakı dövrdə çərkəz xalqına qarşı məqsədyönlü kütləvi qətllər və deportasiyalar diqqət mərkəzində olub.

Çərkəz irsi üzrə tədqiqatçı-jurnalist, “Kavkazskiy uzel” layihəsinin rəhbəri Beslan Kmuzov bildirib ki, çərkəzlərin soyqırımına məruz qalması BMT səviyyəsində tanınmalıdır.

Türkiyədə çərkəz icmasının nümayəndəsi Selcuk Ulutaş qeyd edib ki, çərkəz xalqının qanını axıtmış rus generallarına çərkəzlərin sıx yaşadığı Şimali Qafqaz regionlarında Rusiya hakimiyyəti tərəfindən heykəllər, abidələr ucaldılıb, bu, çərkəzlərin milli qüruruna toxunur.

O bildirib ki, Azərbaycan xalqı da soyqırımılarına uğrayıb, ona görə də Azərbaycanda çərkəzlərin problemləri çox yaxşı başa düşülür. S.Ulutaş Azərbaycanın əzilən, müstəmləkə zülmünə məruz qalan xalqların səsinin çarçısı olduğunu bildirib, bu mənada tarixi ədalət arayışında olan çərkəzlər üçün Azərbaycanın böyük ümid yeri olduğunu qeyd edib.

Birləşmiş Çərkəz Şurasının üzvü Rüstəm Xujayev deyib ki, çərkəzlər daim dinc həyat arzusu ilə yaşayıb, məcburi sürgün və deportasiyadan sonra sığındıqları yerlərdə - Amerika, İordaniya, İsrail, Əfqanıstan, Türkiyə və digər ölkələrdəki həyat yolları da bunu sübut edib. R.Xujayev vurğulayıb ki, çərkəzlər doğma yurdlarına qayıtmaq həsrəti ilə yaşayır, tarixi ədalətin bərqərar olacağına inanırlar. O, bildirib ki, çərkəzlərə qarşı soyqırımıları dünya birliyi tanımalıdır. Birləşmiş Çərkəz Şurasının üzvü Rusiya hakimiyyətini çərkəz icmasının fəallarına qarşı təqiblərə, təhqirlərə son qoymağa çağırıb.

Çərkəz Siyasi Mərkəzinin NyuYork bölməsinin rəhbəri Marianna Şeru çərkəzlərin didərgin salınmasına baxmayaraq, milli yaddaşını, mədəniyyətini, kimliyini itirmədiyini bildirib.

M.Şeru Qafqazın dəyişən siyasi mənzərəsini diqqətlə izlədiklərini, Azərbaycanın zəfər təcrübəsi ilə fəxr etdikərini qeyd edib. O, Azərbaycan ictimaiyyətindən və dövlətindən çərkəzlərin problemlərinin dilə gətirilməsi üçün kömək istəyib.

Tarixçi-alim Ramin Əlizadə Azərbaycan və çərkəz xalqlarının tarixi faciələrinin və talelərinin oxşarlığını diqqətə çatdırıb. O, deyib ki, rus işğalı təkcə torpaqlara qarşı deyil, eyni zamanda toponimlərə qarşı da soyqırımı edib. Məsələn, “Şase” indi “Soçi” olub. R.Əlizadə çərkəzlərin başına gətirilmiş tarixi faciələrin üzə çıxarılması üçün arxivlərdə iş aparılmasının vacibliyini diqqətə çatdırıb.

İsraildən qafqazşünas, tarixçi-alim və jurnalist, Çərkəz Şurasının sədrinin müşaviri Avraam Şumleviç Rusiyanın qeyri-ruslara qarşı irqçi siyasətinin dayandırılmasını tələb edib.

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Aida Eyvazova Göytürk bildirib ki, çərkəzlərə qarşı qeyri-humanist rəftar Azərbaycan ictimaiyyətini də sarsıdır, Azərbaycan QHT-ləri ilə çərkəz QHT-ləri arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar vardır. O, rəhbərlik etdiyi təşkilatın bu istiqamətdə fəaliyyətindən bəhs edib.

“İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinin sədr müavini Ülkər Eyvazova isə bildirib ki, öz mədəniyyətini ruhunda, qanında daşıyan, dilini qoruyan xalqlar ölmürlər, o, çərkəz xalqının bütün məşəqqətlərə baxmayaraq, mübarizə əzmini yüksək qiymətləndirib.

“Çərkəzlərin Milli Hərəkatı”nın Avropa üzrə nümayəndəsi İbrahim Yaqanov bildirib ki, Qarabağ at cinsi ilə kabardin cinsi bir-biri ilə sıx əlaqəli olub, o, bu cinslər arasında əlaqələrin canlandırılmasını təklif edib. İ.Yaqanov çərkəzlərin azərbaycanlılarla birgə gələcəkdə at yarışları təşkil etməsinə də inandığını ifadə edib.

Yekunda konfrans iştirakçıları QHT-lər arasında əməkdaşlığın davam etdirilməsini qərara alıb, “İpək Yolu” Mədəni və Tarixi Araşdırmalar İctimai Birliyinə bu fəaliyyətə görə minnətdarlıq ediblər.









Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:60
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 02 Avqust 2025 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see138

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri