Icma.az
close
up
RU
Çernobıl AESdə qəzanı aradan qaldıran qəhrəmanların günü Tarixi və mahiyyəti

Çernobıl AESdə qəzanı aradan qaldıran qəhrəmanların günü Tarixi və mahiyyəti

Icma.az xəbər verir, Qaynarinfo saytına əsaslanaraq.

Hər il 14 dekabr Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında qəzanın aradan qaldırılması işlərinə qatılanları xatırlamaq üçün Anım günü, digər adı ilə Likvidator günü kimi qeyd olunur. Bu gün, öz həyatını və sağlamlığını riskə atan, gələcəyimizi qoruyan qəhrəmanları və artıq aramızda olmayanları yad etmək üçün ayrılıb.

Qaynarinfo bu barədə Unian-a istinadla yazır.

Çernobıl AES-də qəzanın aradan qaldırılması Anım Günü nə vaxtdır və tarixi nədir?

1986-cı il 26 aprel tarixində Ukrayna SSR-də, SSRİ ərazisində, bəşər tarixinin ən böyük texnogen fəlakətlərindən biri - Çernobıl Atom Elektrik Stansiyasında partlayış baş verdi. Bu faciənin təsirləri bu gün də hiss olunur. Lakin likvidatorların qəhrəmanlığı olmasaydı, bu təsirlər daha böyük miqyasda ola bilərdi.

Fəlakətin nəticələrinin aradan qaldırılmasında yanğınsöndürənlər, energetiklər, hərbçilər, mühəndislər, inşaatçılar və fəhlələr daxil olmaqla müxtəlif peşə sahibləri iştirak edirdi. Təxminən 90 min nəfər qəzanın nəticələrini lokallaşdırmaq işinə cəlb olunmuşdu. Onlar partlayışdan sonra yaranan güclü yanğını söndürür, radioaktiv maddələrin yayıldığı sahələri dezaktivasiya edir, həmçinin "Sığınacaq" adlı sarkofaqın layihələndirilməsi və tikintisi ilə məşğul olurdular. Bu sarkofaq stansiyanın dağılan dördüncü enerji blokunun üzərində qurulmuşdu. Ümumilikdə, qəza ilə mübarizədə 500 min nəfərdən çox insan iştirak edib. Təəssüf ki, onlardan bir çoxu sağlamlıqları və həyatları ilə bu işin nəticəsini ödəməli olub.

14 dekabr 1986-cı il - Çernobıl AES-in dördüncü enerji blokunun üzərindəki sarkofaqın tikintisinin tamamlandığı tarixdir. 2006-cı ildə Ukrayna Prezidenti tərəfindən 14 dekabr Çernobıl qəzasının likvidatorlarının anım günü kimi təsis edilib.

Çernobıl qəzası necə baş verib?

Dördüncü enerji blokunda baş verən qəza, təxminlərə görə, təhlükəsizlik sistemlərindən birinin test sınağı zamanı yaranıb. Hadisə şahidlərinin sözlərinə görə, iki güclü partlayış baş vermiş, nəticədə reaktorun və maşın zalının bir hissəsi dağılmış və güclü yanğın başlamışdı. Bu, 25-dən 26-aprelə keçən gecə baş vermişdi.

Daha sonra müəyyən edilib ki, partlayış nəticəsində atom reaktoru tamamilə dağılıb və atmosferə radioaktiv maddələrin, təxminən 190 tonunun, eləcə də 520 növdə radionuklidlərin sızması qeydə alınıb. AES ətrafında, 30 kilometrlik radiusda güclü radioaktiv çirklənmə yaranıb. Nəticədə, 400 mindən çox insan köçürülüb. Bu bölgə hazırda da qadağan olunmuş zona olaraq qalır.

Alpər

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 14 Dekabr 2024 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see275

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see253

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see190

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see175

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see163

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see161

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see149

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see147

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see147

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see145

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see144

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri