Icma.az
close
up
RU
Cərrah neştəri ilə ana bətnində tanış olan körpələr Sayları BƏLLİ OLDU

Cərrah neştəri ilə ana bətnində tanış olan körpələr Sayları BƏLLİ OLDU

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tibb inkişaf etdikcə nəinki yetkin insanlarda, hətta ana bətnində də cərrahi əməliyyatlar aparılaraq, neçə-neçə insan həyatı xilas olunur. Bətndaxili əməliyyatlar XXI əsrin ən əhəmiyyətli tibbi tərəqqilərindən biridir. Həm körpənin ana bətnində həyatı xilas olunur, həm də doğulduqdan sonra ağır fəsadların qarşısı alınır. Tibbdə fetal adlandırılan cərrahiyyə əməliyyatı son onilliklərdə dünyada sürətlə inkişaf edib, Azərbaycanda isə yenidir.  
Bəs Azərbaycanda bu günədək hansı nəticələr əldə olunub və regionun digər ölkələri ilə müqayisədə ölkəmiz hansı mərhələdədir?
Azərbaycan Tibb Universitetindən (ATU) Bizim.Media-ya verilən məlumata görə, Tədris Cərrahiyə Klinikasının açılışından sonra 2014-cü ildən etibarən II-ci mama-ginekologiya şöbəsində fetoskopik lazer ablasiyasından başqa, hər növ bətndaxili əməliyyatlar icra edilməyə başlanılıb:
Ən çox icra edilən əməliyyatlara amniosentez (dölyanı amnion mayenin genetik araşdırma üçün alınması), kordosentez (döl qanının genetik və laborator müayinəsi üçün nümunə götürülməsi), şant/drenajlar (dölün döş qəfəsinin və ya qarın boşluğundakı patologiyalar zamanı taxılması), fetal reduksiya (çoxdöllü hamiləliklər zamanı qüsurlu dölün sonlandırılması və ya 3,4 döllü hamiləliklərin əkizə qədər endirilməsi) daxildir.
 

Amnioseptostomiya əməliyyatı - əkiz hamiləlik zamanı transfuziya sindromu baş verərsə, döllər arasındakı çəpərin aradan qaldırılmasıdır və bətndaxili dölə qan transfuziyanın aparılması - daha çox rezus konflikt zamanı dölün hidropsunu və anemiyasını aradan qaldırmaqdır, döl üçün həyati əhəmiyyət daşıyır.


Ümumilikdə isə amniosentez əməliyyatın sayı mindən, kordosentez isə yüzdən yuxarıdır. Şant əməliyyatı isə 11 dölə tətbiq edilib. Bundan əlavə, minə yaxın Fetal reduksiya, 16 amnioseptostomiya üzrə əməliyyat, 50-yə yaxın bətndaxili qan köçürməsi icra edilib. Bütün əməliyyatlar uğurlu olub.  
Qeyd edək ki, Azərbaycan Cənubi Qafqazda bu cür əməliyyatlara görə ilk pillədədir. Ümumilikdə isə regionda bətndaxili əməliyyatlarda liderlik Türkiyədədir.
Qardaş ölkədə əməliyyat spektri çox genişdir: onurğa yırtığı (spina bifida), diafraqma yırtığı, sidik yolları tıxanıqlığı və digər mürəkkəb patologiyalar əməliyyat olunur.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 İyul 2026 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri