Professor Selahəddin Kumru Ana bətnində həyat xilas edən CƏRRAH
Sherg.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyəli professor Səlahəddin Kumru 1969-cu ildə Konya şəhərində anadan olub. 1986-cı ildə Akdeniz Universitetinin Tibb fakültəsinə daxil olub və 1993-cü ildə tibb həkimi diplomu alıb. Karyerasına Yozqat və Isparta şəhərlərindəki sağlamlıq mərkəzlərində başlayıb.
1995-2000-ci illərdə Fırat Universitetində ixtisas təhsili alaraq ginekologiya və doğum üzrə mütəxəssis olub. 2000-ci ildən akademik fəaliyyətə başlayıb və müxtəlif illərdə Hacettepe və İstanbul universitetlərinin müvafiq bölmələrində çalışıb. 2006-2008-ci illərdə Fırat Universitetində dosent elmi dərəcəsinə yüksəlib.
2008-ci ildən Antalya Təhsil və Araşdırma xəstəxanasında klinik rəis kimi fəaliyyət göstərib. 2010-2011-ci illərdə ABŞ PennState Universitetində, 2013-cü ildə isə “Cincinnati Childrens Hospital Fetal Care Center”də müşahidəçi olub. 2012-ci ildə Düzcə Universitetində professor elmi dərəcəsi alıb və kafedra müdiri olub. 2015-2020-ci illərdə Akdeniz Universitetində professor və kafedra müdiri, eyni zamanda Perinatologiya bölməsinin elmi rəhbəri olub. 2020-ci ilin sentyabr ayından etibarən öz klinikasında fəaliyyət göstərir.


Professor Kumru qadın xəstəlikləri, doğum və perinatologiya sahəsində bir çox mürəkkəb əməliyyatlar icra edib:
*Türkiyədə ilk dəfə ana bətnində sidik yolları tıxanıqlı körpəyə kamera və lazerlə əməliyyat edib, körpə sağlam doğulub.
*Ana bətnində amniotik band sindromu diaqnozu qoyulan körpələrə əməliyyatlar aparıb.
*Ana bətnində anemiya diaqnozu qoyulan körpələrə qan transfuziyası edib.
*Uşaqlıqda miomaların uşaqlıq qorunaraq çıxarılması əməliyyatlarını həyata keçirib.
*Kamera yardımı ilə miom və poliplərin çıxarılması, sidik qaçırma problemlərinin müalicəsi üçün əməliyyatlar icra edib.
*Düz bağırsaq və sidik kisəsi sallanmalarını aradan qaldırmaq, vaginal korreksiya əməliyyatlarını aparıb.
Professor Kumru həm də sosial media vasitəsilə qadın sağlamlığı sahəsində maarifləndirici paylaşımlar edir və peşəkar təcrübəsini geniş auditoriya ilə bölüşür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 24 Fevral 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















