Cərrahdan həmkarlarına sərt sözlər: Bu video hamını çaş baş saldı
Icma.az, Bakupost portalına istinadən məlumat verir.
Damar cərrahı Arzu Vahidoğlunun sosial şəbəkədə həmkarları ilə bağlı paylaşımı gündəm olub.
“Bakupost” xəbər verir ki, həkim paylaşdığı videoda cərrahlar - Vüqar Fəttahpur, Səbuhi Dadaşov, Əşrəf Həsənzadə və Fərhad Ağayev barədə sərt ifadələr səsləndirib.
“Vüqar Fəttahpur bildiyin “maşennik”dir. Səbuhi doktor nə danışdığını bilmir. Əşrəf doktor deyir ki, yox, 7 ay yarısını sağaldacağam, yox, anju edəcəyəm... belə ağzına gələni deyən həkimdir. Fərhad, ümumiyyətlə, belə də...Elə bir qiymət dedi ki...”, - deyə o bildirib.
Arzu Vahidoğlu paylaşımına “Yaxında bütün sirləri açacağıq” qeydini əlavə edib.
Videoya münasibət bildirən Vüqar Fəttahpur isə şərh bölməsində "Dediyiniz sözlərə görə yaxında məhkəmədə cavab verəcəksən. Darıxma” yazıb.
Sözügedən paylaşım sosial şəbəkə istifadəçilərə arasında müxtəlif reaksiyalara səbəb olub. Bəzi istifadəçilər videonun yumor məqsədilə hazırlandığını qeyd ediblər. Digərləri isə səsləndirilən fikirləri ciddi qəbul edərək həkimin həmkarları barədə bu formada danışmasını tənqid ediblər.
Bir qisim istifadəçi isə videonun zarafat məqsədilə çəkilməsi ehtimalında belə, bu cür ifadələrin həkimlərin peşəsinə və nüfuzuna xələl gətirdiyini bildirib.
Lalə, BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 22 Sentyabr 2026 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















