Icma.az
close
up
RU
Tanınmış cərrahdan parlamentdə sərt çıxış Kimi tənqid etdi?

Tanınmış cərrahdan parlamentdə sərt çıxış Kimi tənqid etdi?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Dünən Moskvada Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunu uğurla tamamlamış, iki azyaşlı övladı olan 30 yaşlı bir həkim xanımın və ananın mənə rəsmi müraciəti ilə bağlı yaşanan bir hadisə, təkcə fərdi bir problem deyil, daha geniş bir sistem məsələsini bir daha gündəmə gətirdi.

Bu gənc mütəxəssis artıq bir ilə yaxındır müxtəlif instansiyalara müraciət etməsinə baxmayaraq, ölkəyə qayıtdıqdan sonra ixtisasının tanınması və peşə fəaliyyətinə başlaması istiqamətində konkret nəticə əldə edə bilməmişdir. Rusiya Federasiyasında nüfuzlu elmi-tədqiqat institutunda klinik ordinatura (rezidentura) təhsilini uğurla başa vurmasına baxmayaraq, onun qarşısında hələ də hüquqi və inzibati qeyri-müəyyənliklər qalmaqdadır".

Ölkə.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu mənzərə göstərir ki, söhbət təkcə bir şəxsin sənəd və ya diplom prosedurundan getmir. "Söhbət, xaricdə yüksək ixtisaslı təhsil almış, ölkəyə xidmət etmək istəyən mütəxəssislərin sistemə inteqrasiyasındakı gecikmələrdən, prosedur qeyri-müəyyənliklərindən və vahid yanaşmanın olmamasından gedir.

Mövcud vəziyyət onu göstərir ki, xarici ölkələrdə klinik ordinatura keçmiş Azərbaycan vətəndaşlarının diplom və ixtisaslarının tanınması sahəsində daha aydın, şəffaf və hüquqi baxımdan sabit mexanizmlərə ehtiyac vardır. Əks halda, bir tərəfdən ölkədə həkim çatışmazlığından danışdığımız halda, digər tərəfdən hazır, ixtisaslı kadrların sistemə inteqrasiyasını çətinləşdirən bir mühit formalaşır. Səhiyyə Nazirliyinin, Elm və Təhsil Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin mütəxəssislərindən ibarət komissiya olmasına baxmayaraq, məsələnin həllinin bəzən qeyri müəyyən qalması ciddi problemlər yaradır",-o vurğulayıb.

Deputat əlavə edib ki, dövlət tərəfindən bu prosesdə sui-istifadə hallarının qarşısının alınması və keyfiyyət standartlarının qorunması vacibdir:  "Lakin bu, qeyri-müəyyənlik və uzunmüddətli gözləntilər hesabına deyil, ölçülə bilən, şəffaf və hüquqi cəhətdən dəqiq müəyyən edilmiş qaydalarla həyata keçirilməlidir.

Bu hadisə eyni zamanda bir daha xatırladır ki, idarəetmədə ən vacib məsələ təkcə normativ aktların mövcudluğu deyil, onların insan talelərinə necə təsir etməsidir. Çünki hər bir sənədin arxasında bir həyat, bir ailə və bir gələcək dayanır.

Bu gün biz qanunlar qəbul edərkən, qərar verərkən yalnız prosedurları deyil, həmin prosedurların içində gözləyən insanların ümidlərini də nəzərə almalıyıq. Çünki bəzən bir “səni anlayıram” cümləsi belə, illərlə davam edən qeyri-müəyyənliyin yaratdığı yükü tam ifadə etməyə kifayət etmir. Bu həm insan haqları məsələsi, həm rayonlarda kadr çatışmazlığı məsələsi, həm gənc kadrların bu çətin və uzun peşəyə motivasiyası məsələsidir. Həm də cənab Prezident tərəfindən müəyyən edilmiş səhiyyə islahatlarının daha da inkişaf etdirilməsi üçün insan kapitalına veriləcək dəstəkdir. 

Bu məsələ hamımızı düşündürməlidir".

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 İyun 2026 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri