Icma.az
close
up
RU
Cərrahendokrinoloq: Düyünlü zob 90 faiz hallarda xoşxassəli olur

Cərrahendokrinoloq: Düyünlü zob 90 faiz hallarda xoşxassəli olur

Saglamolun saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tiroid vəzi xəstəlikləri bütün dünyada olduğu kimi bizim ölkəmizdə də artmaqdadır. Belə ki, endokrin xəstəliklər arasında ilk yeri şəkərli diabet, ikinci yeri isə qalxanabənzər vəzi xəstəlikləri tutur.

Saglamolun.az bildirir ki, bu sözləri AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu, tibb üzrə fəlsəfə doktoru Azər Hümmətov deyib.

Cərrah-endokrinoloq bildirib: "Qalxanabənzər vəzi boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşən, hormonlar sintez edən orqandır. Vəzinin ifraz etdiyi hormonlar orqanizmimizin metabolik, hormonal, qan dövranı, böyümə və digər sistemlərinin fəaliyyətinin tənzimlənməsində əhəmiyyətli rol oynayır. Qalxanabənzər vəzi xəstəliklərinin xoşxassəli və bədxassəli növləri var. Xoşxassəli növlər dedikdə, graves xəstəliyi, zəhərli ur və ya zəhərli zob, düyünlü ur və ya düyünlü zob, Haşimoto tireoiditi, autoimmun tireoiditlər, yarımkəskin tireoiditlər nəzərdə tutulur. Bədxassəli formasına isə qalxanabənzər vəzinin xərçəngi aiddir.

Qalxanabənzər vəzi xəstəlikləri arasında düyünlü ura daha çox rast gəlinir. Zob dedikdə, tiroid vəzinin həcmcə böyüməsi nəzərdə tutulur. Düyünlü zobun əmələ gəlməsinə dair bir çox nəzəriyyələr var. Buna səbəb kimi daha çox yod çatışmazlığı, siqaret çəkmək, qeyri-düzgün qidalanma və piylənmə göstərilir. Düyünlü urlar xoşxassəli və bədxassəli olmaqla iki qrupa bölünür, 90 faiz hallarda düyünlü zobun xoşxassəli formasına rast gəlinir, 5-10 faiz hallarda isə bədxassəli forması qeydə alınır.

Düyünlü zob kişilərə nisbətən qadınlarda daha çox müşahidə olunur. Əsas əlamətləri birinci növbədə xəstədə boyun nahiyəsində şişkinliyin olması, udqunma çətinliyi, təngnəfəslik, boğulma əlamətləridir. Zəhərli zobda isə xəstədə ürəkdə çırpınmalar, əllərdə əsmə, iştahanın artması, lakin arıqlama, saç tökülməsi, baldır əzələlərində ağrıların olması kimi simptomlar qeydə alınır. Bundan əlavə, tənbəl zob da var ki, tibbi adı Haşimoto tireoiditidir. Zobun bu növündə isə xəstədə halsızlıq, tez yorulma, yuxusuzluq, iştahanın az olmasına baxmayaraq, çəkinin artması, qəbizlik, dəri quruluğu, saç tökülməsi kimi əlamətlər qeydə alınır".

Mütəxəssisin sözlərinə görə, düyünlü uru aşkar etdikdə əsas məqsəd onun xoşxassəli və ya bədxassəli olmasını müəyyənləşdirməkdir. Bunun üçün düyünlü zobun diaqnostikasında ən vacib müayinə üsullarından biri ultrasəs müayinəsidir. Ultrasəs müayinəsi vasitəsilə qalxanvarı vəzidə düyünün mövcudluğu təyin edilir, ondan sonra elastroqrafiya vasitəsilə onun sərtliyi yoxlanılır. Əgər sərt düyündürsə, biopsiya alınır. Nəticədə onun xoş və ya bədxassəli olması müəyyənləşdirilir. Düyünlü urun müalicəsi dərman, lazer ablasiya, skleroterapiya və cərrahi üsullarla aparılır. Düyünün ölçüsü kiçikdirsə və ultrasəs müayinəsində xoşxassəli olduğu aşkarlanıbsa, ona nəzarət etmək lazımdır. Hər hansı bir müalicəyə ehtiyac yoxdur. 3-6 aydan bir ultrasəs müayinəsi vasitəsilə düyünlərə nəzarət olunur. Əgər düyün böyümürsə, heç bir müdaxiləyə gərək qalmır. Əksinə olaraq böyüyürsə, biopsiya olunur və bundan sonra hansı müalicə üsulunun tətbiq edilməsinə qərar verilir.

Xoşxassəli düyün 1-3 faiz hallarda bədxassəliyə çevrilə bilər. Lakin əksər hallarda düyünlü zob xoşxassəli olur. Düyün əgər bədxassəlidirsə, müalicə taktikası tam fərqli bir şəkildə aparılır. Cərrahi əməliyyat olunur. Histoloji nəticədən asılı olaraq ya radioaktiv yod götürülür, ya da dərman müalicəsi ilə xəstəyə nəzarət olunur. Əgər düyünün ölçüsü 3 santimetrdən böyükdürsə və xəstədə boğulma əlamətləri varsa, onda cərrahi əməliyyat icra olunur. Lazer ablasiyanın üstünlüyü ondadır ki, xəstə narkoz almır, kəsik aparılmır. Prosedur ancaq yerli keyləşdirmə altında icra olunur. Xəstə 2 saat klinikada qaldıqdan sonra evə buraxılır və hər hansı bir dərman terapiyasına ehtiyac qalmır.

A.Hümmətov bildirib ki, düyünlü ur əsasən orta yaş qrupunda daha çox rast gəlinir. Əgər 20 yaşadək insanlarda düyünlü zoba rast gəlinirsə, bu, daha çox təhlükəli ola bilər. Həmin şəxslərdə düyünlər daha ciddiyə alınmalıdır. Eyni zamanda, 65 yaşdan yuxarı pasiyentlərdə düyün sürətlə böyüyərsə, ehtiyatlı davranmaq lazımdır. Həmçinin uşaq vaxtı boyun nahiyəsindəki şişlərə görə radioterapiya alanlar və sonradan düyün əmələ gələnlər də risk qrupuna daxildirlər.

"Son zamanlar düyünlü urun rastgəlmə tezliyinin artmasının səbəblərindən biri də texniki diaqnostika vasitələrinin təkmilləşməsi və artmasıdır. Bəzən ultrasəs və tomoqrafiya müayinələrində düyünlü ur təsadüfən aşkarlanır. Ona görə də düyünlü zobu ultrasəs müayinəsi vasitəsilə 50-60, palpasiya üsulu ilə isə 5-10 faizə qədər aşkarlamaq mümkündür.

Vətəndaşlar özlərində xəstəliyin təngnəfəslik, boğulma, əsəbilik kimi əlamətlərini hiss edərlərsə, o zaman onlara vaxt itirmədən ultrasəs müa

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 02:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri