Icma.az
close
up
RU
Xocalı toy düyünlü günlərinə qayıdıb

Xocalı toy düyünlü günlərinə qayıdıb

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Çal-çağırlı məclislər köhnə yaraların mənəvi məlhəmidir

Bugünlərdə Xocalıda ard-arda toy məclisləri qurulur. Çal-çağır səsi ürəkləri riqqətə gətirən “Vağzalı” sədalarına qarışıb azad Qarabağın masmavi göylərinə yüksəlir!

Əvvəlcə Ballıca kəndində Əmrah və Arzunun, ardınca Seyidbəylidə 44 günlük zəfər yürüşümüzün iştirakçısı Sərdar və Aişənin xoşbəxt anlarına şahidlik etməyə, vüsal sevinclərinə şərik olmağa yığışan xocalılar üçün bu toylar həm də sona çatan ayrılığın, bitən acıların, sağalan yaraların daha bir məlhəminə çevrilib. Güllərlə, şar və lentlərlə bəzədilmiş gəlin maşınlarının arxasınca düzülmüş avtomobil karvanı isə bu insanları bir vaxtlar doğma ev-eşiklərindən didərginliyə, şanlı qələbələrimizdən sonra ata-baba yurdlarına daşıyan köç karvanlarından çox fərqlidir.

İndi yollar bu qələbəliyi yenidən dirçələn Qarabağın işıqlı sabahlarına aparır. O sabahda azadlığına qovuşmuş kəndlərimiz, şəhərlərimiz daha da abaddır, həyatın yenidən qayıtdığı evlərin sayı çoxalıb, ocaqlarının istisi, bacalarının tüstüsü gurlaşıb, gecələrin səssizliyini təzəcə doğulmuş körpələrə çalınan “laylay” sədaları pozur. O sabahda tikilmiş evlər sırasında Əmrah və Arzunun, Sərdar və Aişənin bu gün təməlini atdıqları yurd-yuvaları da görünür.

Xocalıda qurulan toy mağarları... Bu ifadə necə də gözəl, necə də şirin səslənir! Deməli, əsl və əsil sakinləri ilə birgə Qarabağımıza tarixi toy ənənələrimiz də qayıdıb. Şadyanalığımız şadlıqlarımızı şablonlaşdıran şadlıq evlərində deyil, işğaldan əvvəlki vaxtlarda olduğu kimi, yenə mağarlarda keçirilir. Necə vardı, elə – məclisin əvvəlində tiyanlarda, qırxkiloluq qazanlarda dadlı toy yeməklərini bişirən aşpazların üzünü güldürən qazanağzıaçdıdan, çayçıların payladıqları ikirəngli şirinçaylara veriləcək nəmərləri həvəslə gözləyərkən gözlərini dikdikləri armudu stəkanlardan tutmuş, sonda səbəbkarları göylərə qaldıran bəy tərifinəcən. Toyun finalında da səsi-avazı olanlar müğənni-xanəndələrə qoşulub pərdə-pərdə “Qarabağ şikəstəsi” oxuyaraq Qarabağın daşına-torpağına can verirlər. Bundan gözəl toy olarmı?!

Biz illər boyu bu günlərin xəyalı ilə yaşamışıq. Doğma ev-eşiyindən məcburi köçkün düşmüş qarabağlılar oğul evləndirəndə, qız köçürəndə “gün o gün olsun ki, növbəti xeyir işlərimizi öz yurdumuzda keçirək”, - deyə dualar ediblər. Odur ki, bu günlər Azərbaycanı qalib ölkəyə çevirmiş müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sarsılmaz əzmi, qətiyyəti, polad iradəsi sayəsində dualarımızın qəbul olunduğu, xəyallarımızın reallığa çevrildiyi günlərdir. Xocalıda toy şənliklərinin keçirilməsi həm də Vətən yolunda canını qurban vermiş şəhidlərimizin ruhlarının sevindiyi, sağlamlığını itirmiş qazilərimizin qürurlandığı tarixi anlardır. Bu tarixi anların şahidi və iştirakçısı olmaq isə hər bir azərbaycanlı üçün böyük xöşbəxtlikdir.

Siz də xoşbəxt olun,talelərini qoşalaşdıran cütlüklər! Əmrah və Arzu, Sərdar və Aişə, toyunuz mübarək! Qarabağımızın başı üstündən bir daha “Vağzalı” sədalarının həzinliyi, “Qarabağ şikəstəsi”nin zənguləsi əskik olmasın!

Mahir RƏSULOĞLU,
XQ-nin Qarabağ müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Sentyabr 2026 18:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see295

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see281

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see262

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see256

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see253

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see242

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see235

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see230

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see225

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see223

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see223

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see221

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see217

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see214

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see213

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see210

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see205

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see203

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see189

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri