Icma.az
close
up
RU
Cərrahi əməliyyatlara tələskən qərarlar verilir Rəşad Mahmudov

Cərrahi əməliyyatlara tələskən qərarlar verilir Rəşad Mahmudov

Medicina saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


"Bugün ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında birinci yerdədir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hər il 18 milyondan çox insan bu səbəbdən həyatını itirir və bu ölümlərin təxminən 80%-i vaxtında və düzgün yanaşma ilə qarşısı alına bilən hallardır".

Medicina.az xəbər verir ki, bu sözləri Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, deputat Rəşad Mahmudov bildirib.

O, qeyd edib ki, daha diqqətçəkən məqamlardan biri infarkt keçirən xəstələrin təxminən 40%-nin əvvəlcədən heç bir xəbərdaredici simptom hiss etməməsidir:

"Bu fakt ürək sağlamlığına məsuliyyətli və elmi yanaşmanın nə qədər vacib olduğunu bir daha göstərir.

Sevindirici haldır ki, ölkəmizdə tibbin digər sahələri ilə müqayisədə ən sürətli və ən sistemli inkişaf edən istiqamətlərdən biri məhz kardiologiya və ürək-damar cərrahiyyəsidir. Son illərdə texnoloji imkanların genişlənməsi, müasir diaqnostika və müalicə metodlarının tətbiqi, beynəlxalq təcrübənin ölkəmizə gətirilməsi bu sahədə çox ciddi nailiyyətlərə yol açıb.

Lakin inkişafla yanaşı, müəyyən etik və peşəkar suallar da ortaya çıxır. Bəzən klinik protokollara, Avropa və dünya tibbi göstərişlərinə tam uyğun olmayan hallarda belə invaziv müdaxilələrə və ya cərrahi əməliyyatlara tələskən qərarlar verildiyinin şahidi oluruq. Bəzən isə bu qərarlar xəstəyə qorxu dili ilə çatdırılır, “təcilidir”, “buradan çıxmayın”, “bir neçə saat içində problem yarana bilər” kimi ifadələrlə xəstənin psixoloji vəziyyəti təsir altına düşür. Bunu da daha çox təciliyəti olmayan, rahat, müdaxilə riski çox az olan, klinik protokola görə bəzən sadəcə dərman müalicəsinin yetərli olacağı xəstələrdə edirik".


Həkim əlavə edib ki, klinik olaraq kəskin vəziyyət yoxdursa (aktiv infarkt, hemodinamik qeyri-sabitlik və ya həyati risk müşahidə olunmursa), yalnız görüntü və laborator nəticələrə əsaslanaraq təcili müdaxilə qərarı qəbul etdirmək tibbi etikaya uyğun yanaşma deyil:

"Bunun tam əksinə, bəzən klinik olaraq yüksək riskli, qeyri-stabil və təcili müdaxilə ehtiyacı olan xəstələrdə isə mümkün maliyyə yükü və risklər nəzərə alınaraq, tibbi göstəriş olmasına baxmayaraq müdaxilənin gecikdirilməsi və ya başqa mərkəzlərə yönləndirilməsi kimi yanaşmalarla da qarşılaşırıq. Xüsusən, yeni yaranmış mərkəzlərdə bu tendensiya daha çox müşahidə olunur. Tibbi qərarlar qorxu ilə deyil, izah və maarifləndirmə ilə verilməlidir.

Təəssüf ki, bəzən belə halların arxasında rəqabət faktoru da dayanır. Hətta bəzi hallarda həkimlər özləri də etiraf edirlər ki, “əgər mən etməsəm, xəstə başqa mərkəzdə bu müdaxiləni etdirəcək və mən pis vəya bacarıqsız həkim kimi görünəcəyəm.”

Əziz dostlar! Əmin olun, bu yanaşma qısamüddətli perspektivdə xəstə “qazanmaq” kimi görünsə də, uzunmüddətli baxışda cəmiyyətin səhiyyə sisteminə olan güvənini darmadağın edir. Bir çox hallarda erkən mərhələdə və ya tibbi zərurəti tam əsaslandırılmamış stentləmə və cərrahi müdaxilələrin artması kimi vəziyyətlər yaranır. Bizlər bu reallıqları ört-basdır etməklə deyil, açıq şəkildə müzakirə edərək və elmi yanaşma ilə həll yolları taparaq irəliləməliyik.

Unutmamalıyıq ki, bir xəstənin başqa mərkəzə getməsi itki deyil. Əgər biz tibb elminin, klinik protokolların, vicdan və etik prinsiplərin çərçivəsində doğru qərar versək, bu uzunmüddətli perspektivdə minlərlə və on minlərlə insanın bizə olan inamının güclənməsi deməkdir".


R.Mahmudov vurğulayıb ki, tibbin mahiyyəti qorxutmaq deyil, başa salmaqdır:

"Təcili qərar verməyə məcbur etmək deyil, xəstəni məlumatlandıraraq doğru zamanda doğru müdaxiləni seçməkdir. Bu peşənin müqəddəsliyi də məhz buradan başlayır.

Bu səbəbdən bütün həmkarlarıma və xüsusilə gənc rezident həkimlərə müraciət edərək demək istəyirəm ki, tibbi bacarıqlar yalnız klinik protokollar və etik davranışlarla harmoniyada tətbiq olunduqda daha dəyərli, daha etibarlı və daha müqəddəs olur. Xəstənin güvəni isə bizim ən böyük professional sərvətimizdir.

Hər kəsə xəstəliklərdən uzaq, sağlam və təhlükəsiz ömür arzulayıram.

Tanrı Xalqımızı, Dövlətimizi, Prezidentimizi və bizlərə pənah gətirən xəstələrimizi qorusun!".

Aygün

Medicina.az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:31
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 31 Yanvar 2026 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri