Icma.az
close
up
RU
Rusiyanın davranışları qəbulolunmazdır Rəşad Mahmudov

Rusiyanın davranışları qəbulolunmazdır Rəşad Mahmudov

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Ötən il çoxsaylı insan təlafatı ilə nəticələnən "Embraer-190" tipli sərnişin təyyarəmizin Qroznı üzərində vurulması təkzibolunmaz faktlarla ortadadır. Birmənalı şəkildə hava gəmimiz Rusiya aviasiyası tərəfindən atəşə məruz qalmışdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, təyyarə əvvəlcə elektron müdaxilənin hədəfinə çevrilib, sonra isə atəşə tutulub və nəticədə qəza baş verib. Dövlət başçısı hadisənin qəsdən baş vermədiyini vurğulayaraq Rusiya tərəfini fəlakətin əsl səbəblərini gizlətməyə çalışdığına və yalan versiyalar yaydığına görə tənqid də etmişdi. Şübhəsiz ki, baş verən qəza xalqımız üçün ciddi faciə oldu və Azərbaycan onunla müttəfiqlik müqaviləsi bağlamış dost ölkə kimi Rusiyanın üzrxahlığını gözləyirdi. Lakin rəsmi Moskva günahını etiraf etməsə belə, görünən o oldu ki, təyyarəmiz vurulub! Bütün bunlar azmış kimi Rusiya Azərbaycandan üzr istəmək, beynəlxalq qanunlara uyğun olaraq kompensasiya ödəmək əvəzinə, ölkəmizə qarşı çirkin şəkildə qarayaxma kampaniyası aparır. Xüsusilə, təyyarəmizin vurulması fakt kimi dəlil və sübutlarla ortaya qoyulandan sonra Rusiyanın Azərbaycana qarşı sərgilədiyi mövqe başadüşülən deyil.

Birincisi, Azərbaycan xarici siyasətini bütün ölkələrlə tam səmimiyyət üzərində qurub. Məhz qlobal arenada ölkəmizə qarşı yüksək inam və etibar bu səmimiyyətdən qaynaqlanır. İkincisi, rəsmi Bakı dürüst siyasəti ilə dünyada hər zaman ədalətin müdafiəçisi olub. İkiüzlü, riyakar siyasət aparmayıb. Həqiqətə qarşı vuruşanların deyil, həqiqətin yanında olub. Ədalətin təntənəsini alqışlayıb.

Üçüncüsu, ayrı-seçkiliyə, diskriminasiya siyasətinə məruz qalsa belə, müttəfiqlərinə, dostlarına xoş, düşməninə sərt üzünü göstərib.

Ən nəhayət, Azərbaycan hər zaman tələblərində haqlı olub, prinsipial mövqe sərgiləyib. Bu baxımdan ölkəmiz təyyarə qəzası ilə bağlı tələblərində tam haqlıdır, amma Rusiyanın davranışları qəbulolunmazdır. Rusiya mediasının və siyasi dairələrinin bəzi nümayəndələri Azərbaycanın haqlı etirazına qeyri-adekvat reaksiya nümayiş etdirirlər. Bu da onu göstərir ki, belələri hələ də “böyük və kiçik qardaş” kimi köhnəlmiş anlayışlar çərçivəsində düşünürlər. Müstəqil Azərbaycan öz suverenliyinə qarşı hörmətsizliyə dözümsüzlük nümayiş etdirən dövlət olduğunu dəfələrlə sübut edib. Buna görə də, şimal qonşumuzun qaragüruh KİV-i və təxribatçı, məsuliyyətsiz “politoloqları” Azərbaycan haqqında danışanda yaxşıca düşünməlidirlər: Cənubi Qafqaz regionunun ən güclü dövləti ilə, Avrasiyasının strateji aktoru ilə münasibətləri korlamaq qlobal müstəvidə küncə sıxılmış Rusiyanın maraqlarına cavab verirmi?

Ümid edirik ki, soyuq başla bu sual haqqında düşünməyə vaxt tapacaqlar. Rusiya anlamalıdır ki, Azərbaycan düşmən axtarışına çıxmayıb, özünun qanuni haqqını tələb edir.

Rəşad Mahmudov,

Milli Məclisin deputatı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:227
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Fevral 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see794

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see546

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see328

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see306

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see300

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see300

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see285

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see273

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see271

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see262

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see256

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see249

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see244

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see239

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see214

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see214

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see202

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see197

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see194

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri