Icma.az
close
up
RU
Cəsur həkim qazimizin həyatını xilas etdi

Cəsur həkim qazimizin həyatını xilas etdi

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Anar Süleymanov əsl qəhrəmanlıq nümunəsi göstərdi

 Həkimlik ülvi, müqəddəs peşədir. Ona bu üstünlüyü verənsə insan həyatı uğrunda mübarizə aparılmasıdır. Hər bir həkim ən böyük arzusu, istəyi, amalı ona pənah gətirən insanı sağaltmaq, həyata qaytarmaqdır. İnsana əzəldən bişilmiş ömür payını nəzərə alsaq, bəzən həkimlərin ciddi səyinə baxmayaraq xəstəni xilas etmək mümkün olmadıqda ən çətin vəzifə - bu xəbəri xəstənin doğmalarına açıqlamaq  məsuliyyəti yenə də həkimlərin üzərinə düşür. Böyük ürək, təmkin sahibi həkimlər acı xəbərin çatdırılmasını üzərinə götürmüş olur. Həyatı boyunca həkimə müraciət etməmiş insan tapılmaz. Az və ya çox, bir və ya bir neçə dəfə, fərq etmir. Bütün insanlar həkimlə görüşür. Dünyaya gələn körpənin əlini “sıxan” da ilk həkim olur. Bəşəriyyət həklimlərə minnətdradır. Azərbaycan həkimlərinə isə xüsusi minnətdarlıq və təşəkkür düşür. Bizim həkimlər Vətən övladlarının - əsgər və zabitlərimizin, torpaq uğrunda döyüşən igid oğul və qızlarımızın həyatını xilas edən, odun-alovun içində, səngərdə, səhra hospitallarında düşmən gülləsi altında döyüşçülərin yarasına məlhəm olanlardır. Müharibə dövrünün cəsur həkimləri, tibb bacıları ilə yanaşı, müharibədən sonrakı dövrdə və indi – torpaqlarımız işğaldan azad edilib Vətənimizin ərazi bütövlüyü təmin edilmiş vaxtda da həkimlərimiz qazilərin, yaralı əsgərlırimizin müalicəsini həyata keçirir, onların sağlamlığının keşiyində dayanırlar. Belə həkimlərimizdən biri də Milli Onkoloji Mərkəzin həkimi, uzman torakal cərrah Anar Süleymanovdur. Bu günlərdə Anar həkim I Qarabağ müharibəsinin xanım döyüşçüsü, Vətən qazisi Gültəkin Quliyevanın ağır əməliyyatını həyat keçirib. Gültəkin xanım ağır dərəcəli onkoloji xəstə olmasına baxmayaraq Anar həkim ağır məsuliyyəti üzərinə götürməkdən çəkinməyib və ağ ciyərdə əmələ gəlmiş törəməni 4 saat davam edən əməliyyatla xaric edib. Vətən qazisinə göstərilən qayğıya görə, Anar Süleymanov Qarabağ Əlillərinə Qayğı İctimai Birliyinin Fəxri Fərmanıyla təltif olunub. 

Təqdimat mərasimində çıxış edən Birliyin sədri, Qarabağ qazisi Firidun Məmmədov həkim Anar Süleymanova və Onkoloji Mərkəzin rəhbərliyi başda olmaqla Mərkəzin həkimlərinə və bütün personala dərin təşəkkürünü çatdırdı. F.Məmmədov qeyd etdi ki, müharibə iştirakçıları, keçmiş döyüşçülər dövlətimizin qayğısını daim hiss ediblər: 

- Hər birimiz döyüş meydanında göstərdiyimiz fədakarlığın qiymətini almışıq. İstər I Qarabağ müharibəsi olsun, istərsə də 44 günlük Vətən müharibəsi, biz Vətənimiz, torpaq, ərazi bütövlüyümüz uğrunda döyüşmüşük. Nəhayət Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı işğaldan azad etdi, əarzi bütövlüyümüz bərpa olundu. Azərbaycannın üçrəngli bayrağı indi bütün ölkə ərazisində vüqarla dalğalanır. Vətən uğrunda canından keçən, şəhid, qazi olanlara, Vətənə təmənnasız xidmət göstərənlərə gördükləri işin müqablində dəyər veriləndə daha da xoş olur. Biz 1990-cı ildən üzü bəri erməni işğalçıları, separatçılarla mübarizəydik. Bu illər ərzində bizim saöğlamlıqla bağlı problemlərimizi vicdanlı, zəhmətkeş həklimlərimiz həll edib. Sağlamlığımızın bərpasına çalışıblar. Gültəkin xanım da Azərbaycanın qəhrəman xanımlarından biridir. Qaraabağ müharibəsinin ən ağır çağlarında səngərdə, ön cəbhədə olub. Biz sizə, Anar həkim, minnətdarıq ki, qazi bacımızın əməliyyatını üzərinnizə götürərək onu həyata qaytardınız. Hər şey Vətən, torpaq, dövlətimiz üçündür. Biz sevinirik və qürur duyuruq ki belə savadlı, cəsarətli, ürəkli həkimlərimiz var. 

F.Məmmədov QƏQİB adından Fəxr Fərmanı həkim Anar Süleymanova təqdim edib. 

Öz növbəsində A.Süleymanov Qarabağ qazilərinə göstərdikləri diqqətə görə təşəkkür edərək, həkim kimi vəzifə borcunu yerinə yetirdiyini, Vətən övladlarına xidmət etməyin şərəfli olduğunu söyləyib.  

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Dekabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri