Icma.az
close
up
RU
Menu

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Cəsur Kəşviyyatçı

Cəsur Kəşviyyatçı

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Yaqut BAHADURQIZI
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru

Poeziya, şeir-sənət aləmində yerini bəlləmək istəyən on illərin şairi Azərbaycan Yazıçılar Birliyinin üzvü Abduləziz Xanəhmədoğlu ömür yolunun 70-ci dayanacağını ötür artıq. Çoxdumu, azdımı? Deyə bilmərəm. Həyatdan kamını alıb, varını yığıb, gözünü-könlünü doyuzduranlar üçün dolğun, kötəlli yaşdı 70 yaş... Bəlkə mən yanılıram, kim həyatdan doyub ki?!... Abduləziz Xanəhmədoğlunun sayca 20-ci kitabı işıq üzü görür. 70 ilin zirvəsindən baxanda az deyil...

Əziz oxucu, “Cəsur kəşfiyyatçı” kitabı şairin qəhrəman şəhidlərimizin  şərəfinə həsr etdiyi beşinci kitabıdır. Mənim nəzərimdə Vətəndən, vətənin daşından, torpağından, azadlığından, müstəqilliyindən, qeyrətli vətəndaşlarından, Şəhidindən, qazisindən, əsgərindən yazılan əsərlərin, kitabların çəkisi, sambalı cild-cild, qalaq-qalaq arası açılmayan, kif basmış, güvə dəymiş kitablardan çox-çox ağırdı, samballıdı. Qəhrəman şəhidlərimizin adları əbədiləşdirilir, büstləri qoyulur, adlarına bulaqlar açılır. Onların ruhu qarşısında vətəndaşlıq borclarından biri də hər biri bir qəhrəmanlıq dastanı olan şəhidlərin həyat tarixçəsinin qan yaddaşına köçürülməsi, onların qısa, lakin ləyaqətli həyat yolunu, döyüşlərdə göstərdikləri qəhrəmanlıqları əks etdirən ədəbi əsərlərin yazılmasıdır.

Abduləziz Xanəhmədoğlunun söhbət açacağımız bu kitabında - “Cəsur kəşfiyyatçı” adlı poemada qəhrəman və ölməz şəhidimiz, kəşfiyyat taborunun komandiri gizir Nəzər Ağacəlil oğlu Əzizovun qısa,lakin şanlı-şərəfli həyatından, igidliyindən bəhs olunur.

Qəhrəman şəhidimiz Nəzər Əzizov 1991-ci il avqustun 28-də Kürdəmir rayonunun Dəyirmanlı kəndində anadan olub. Uşaqlıqdan arzusu hərbçi olmaq idi. Həqiqi əsgəri xidmətini başa vurduqdan sonra ordu sıralarında qalaraq müddətdən artıq xidmət edib. Bakıda gizirlik kursunu bitirib. Hələ uşaq yaşlarından sevdiyi "maskalıların" – Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qəbul olmaq istəyirdi. Bütün xidməti sınaqlardan uğurla, məharətlə çıxan Nəzər Əzizov xüsusi təyinatlıların tərkibində xidmətə başlayır. Türkiyədə, Pakistanda, Pribaltika ölkələrində keçirilən hərbi təlimlərin fəal iştirakçısı olub. Qazandığı döyüş təcrübəsi 2016-cı ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində onu fərqləndirib. Nəzər 2020-ci ilin sentyabrın-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə    “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib. Xocalı uğrunda gedən döyüşlərdə böyük igidliklər göstərib, müvafiq döyüş medalları və fəxri fərmanlarla təltif olunub.

Nəzər Əzizov 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Nəzər Əzizov ölümündən sonra “Vətən uğrunda” medalı və  3-cü dərəcəli Rəşadət ordeni ilə də tətif edilib. 

Bəli, haqqında bəhs etdiyimiz,  valideynlərinin tək oğul payı, ümid çırağı, şəhid qəhrəman Nəzər Ağacəlil oğlu Əzizovdur. Qəhrəman deyərkən bir zamanlar uşaqlarımıza Koroğludan, Babəkdən, Cavanşirdən bəhs edərdik. Qəhrəmanlarımızı dastanlardan, əsatirlərdən, miflərdən soraqlardıq.  İndi isə torpaqlarımızı erməni vandallarının işğalından,tapdağından qurtaran, üzümüzü ağardan, başımızı ucaldan, qanını, canını, arzularını Vətənə qurban verən Şəhidlərimizdən, qazilərimizdən, real qəhrəmanlarımızdan danışırıq uşaqlarımıza. Real zəmanəmizin real qəhrəmanlarından... Bəli, Nəzər də bir qəhrəman idi – elinin, obasının – bütöv Azərbaycanın qəhrəmanı. Xilaskar əsgər olmazdan qabaq bir evin, bir ailənin, bir ananın övladı idi, indi isə bütöv bir xalqın övladı olub Nəzər... Və əvvəlki sətirlərdə qəhrəman oğulun bəhs etdiyim tərcümeyi-halını, şərəfli həyat yolunu bu mənzum qəhrəmanlıq dastanında – poemada bənd-bənd, misra-misra oxuyacaqsınız... 

Abduləziz  Xanəhmədoğlunun yaradıcılığına yaxşı bələd olan bir oxucu kimi əminliklə deyə bilərəm ki, o, inancına, inamına, vətənpərvərliyinə, milli dəyərlərinə, ədəbi kimliyinə, üslubuna sadiq şair olaraq “Cəsur döyüşçü” poemasında   da ənənədən çıxmamış, qəhrəmanını şablon sözlərlə, çeynənmiş ifadələrlə deyil, ədəbi dilimizin norma və qaydalarını, poetik üslub və qəliblərini qorumaqla öz şirin ifadə tərzini, səmimi duyğularını misralara sızdırmışdır. Poemanın giriş fəslində şair dünya görmüş ağsaqqal təbiri ilə dünyada cərəyan edən və bütün yer kürrəsinin sakinlərinin həyatına, yaşamına təsir edən çəkişmələr, təhdidlər, müharibələrdən bəhs edərək gileylənir: 

Bəd niyyət köklənib göyün qatına,
Caynaqlar yeriyir yerin altına.
Harınlar salıbdı daran-dartına,
Yalquzaq əlində leşdi bu dünya. 

Şair poemanın birinci fəslində Nəzərin körpəlikdən sarışın, yaraşıqlı uşaq olmasını, qohum-qonşunun, tanış-bilişin sevimlisi olmasını, uşaq vaxtı dava-dava oyununu çox sevməsini, oyuncaq avtomat, tapança ilə oynamasını təbii və  obrazlı şəkildə ustalıqla təsvir edib. Ardıcıl olaraq digər fəsillərdə qəhrəmanın məktəb illərini, əsgərlik həyatını, ilk əmək fəaliyyəti, hərbiyə olan marağını və Azərbaycan  Ordusunda Xüsusi Təyinatlı Qüvvələrin giziri  olaraq Vətənə ləyaqətlə xidmət etməsini, şablonsuz, maraqlı, ədəbi dilin sadə xalq dilinə, təzkiyəsinə uyğun üslubda təsviri oxucunu yormur, əksinə  qəhrəmanın həyatının bütün mərhələləri kino lenti kimi  göz önündə canlanır. Nəzərin Aprel döyüşlərində iştirak etməsindən, Vətən Müharibəsində də xüsusi şücaətlər göstərərək düşmənə qan uddurmasından, bir sıra medallarla təltif olunmasından fərəhlə bəhs edən müəllif bu döyüşlərdən sağ-salamat  çıxan qəhrəmanının artıq ölümsüz olduğuna oxucunu inandıra bilmişdir ki, bu da şairin uğurlu ifadə tərzini, dil üslubunu, nəql etmə, inandırma məharətini təsdiq edir. Poemanın son bölümdə təsvir olunan 12-13 sentyabrda  döyüşlərdə həmişə ön sıralarda gedən, qorxu nə olduğunu bilməyən Nəzərin düşmənin növbəti təxribatının qarşısını alarkən  xüsusi qəhrəmanlıq göstərərək  şəhid olması anı və doğma ocağına "şəhid" olaraq  qayıdışı  oxucunu  sarsıtsa  da, Milli  Ordumuzun cəsur döyüşçülərinin şücaətinə qürurlandırır, düşmənə kin, nifrət hissini gücləndirir: 

...On üç sentyabr qızarırdı dan,
Dostlar arxayınca söhbət edirdi.
Heç kim gözləmirdi bu dərsdən sonra,
Erməni yenə baş qaldırar indi.

Artıq evləri də arxayın idi, 
Bu əməliyyatın qurtarmağından.
Nəzərin gəlişin gözləyirdilər,
Hamı gözü yolda,hamı nigaran…

…Təpədə oturub danışırdılar,
Sanki yer olmuşdu onlara qəhət.
Heç ağla gəlmədən, gözlənilmədən,
Baş verdi fəlakət,baş verdi dəhşət.

Onu gördülər ki, bir an içində,
Dostlarının biri sərildi yerə.
Vaxt tapıb silaha əl uzadınca,

Nəzərdə baş verdi həmin mənzərə…

Nəzər Vətən naminə həyatını qurban verdi. Amma həmişə fəxr duyulası adı, həmişə anılacaq xatirəsi qaldı. Elinə-obasına, ata-anasına, dik, qürurlu duruşu ilə ərinə vəd etdiyi dəyanətini sübut edən Nərminə, yadigar qoyub getdiyi övladları Uğura və İnciyə başucalığı, alınaçıqlığı bəxş etdi. 

İnanırıq ki, bu kitab bütün oxucuların, şəhid ailələrinin və xüsusən Nəzərin doğmalarının həsrətinə, niskilinə sığal çəkəcək və Vətən borcuna sədaqətli şəhidlərin ruhları qarşısında vətəndaş şair Abduləziz Hüseynovun könlünə rahatlıq, hüzur gətirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Yanvar 2026 19:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see728

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see524

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see514

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see508

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see466

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see427

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see424

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see360

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see340

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see318

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see314

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see313

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see300

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see299

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see287

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see287

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see286

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see285

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see284

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see259
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri