Icma.az
close
up
RU
Cevdet Yılmaz: Azərbaycan Ermənistan sülh müqaviləsinin imzalanması üçün şəraitin qısa zamanda yaradılacağına inanırıq

Cevdet Yılmaz: Azərbaycan Ermənistan sülh müqaviləsinin imzalanması üçün şəraitin qısa zamanda yaradılacağına inanırıq

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında iştirak etmək üçün dekabrın 22-də Bakıya səfər edəcək.

Oxu.Az "Report"a istinadən xəbər verir ki, səfər öncəsi Cevdet Yılmaz komissiyanın gündəliyi, Azərbaycan-Ermənistan arasında sülh sazişi, bölgədə iqtisadi əlaqələrin inkişafı, Türkiyə-Ermənistan münasibətlərindən danışıb:

- Cevdet bəy, Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclası çərçivəsində hansı mövzular müzakirə olunacaq?

- Azərbaycanla Türkiyə arasında Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını Bakıda Azərbaycanın Baş naziri Əli Əsədovla birlikdə keçirəcəyik. Bu toplantını "iki dövlət, bir millət" anlayışının iqtisadi və institusional əsasda daha da möhkəmləndirildiyi strateji məsləhətləşmə platforması kimi görürük. Biz iki qardaş və müttəfiq ölkə olaraq, ticarət və investisiyalar, eləcə də sənaye, texnologiya, kənd təsərrüfatı, enerji, mədənçilik, ətraf mühit, nəqliyyat, rabitə, təhsil, səhiyyə, fövqəladə vəziyyətlərin idarə olunması, maliyyə, miqrasiya və diaspora kimi çox geniş sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edəcəyik.

Məqsədimiz siyasi uyğunluğun iqtisadi əməkdaşlıqda daha güclü şəkildə əks olunmasını təmin etmək; qarşılıqlı investisiyaları artıran, ticarəti asanlaşdıran və birgə istehsalı təşviq edən konkret addımlar atmaqdır.

İclasın sonunda bu sahələrdə konkret əməkdaşlıq elementlərini özündə birləşdirən 12-ci Dönəm Birgə İqtisadi Komissiya Protokolu və Fəaliyyət Planını imzalayacağıq. Bu sənəd qarşıdakı dövrdə Türkiyə-Azərbaycan iqtisadi münasibətləri üçün yol xəritəsini müəyyən edəcək.

Bildiyiniz kimi, Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 11-ci iclasını 8 may 2024-cü ildə Ankarada keçirdik. Orada imzalanan Fəaliyyət Planına daxil olan məsələlərin böyük bir hissəsini uğurla həyata keçirdik. Bu, iki ölkə arasında güclü siyasi iradənin yerində konkret nəticələr verə biləcəyinin açıq göstəricisidir.

- Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması mövzusu tez-tez gündəmə gəlir, Azərbaycanla Ermənistan arasında da müəyyən səviyyələrdə qarşılıqlı gediş-gəlişlər var. Bu hadisələrin müsbət yöndə inkişafı bölgədə iqtisadi layihələrin reallaşmasına yol aça bilərmi?

- Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar olması istiqamətində atılan addımların son zamanlar sürətləndirilməsi təqdirəlayiq bir inkişafdır. Bu il avqustun 8-də Vaşinqtonda ABŞ-ın şahidliyi ilə atılan addımlar və regional nəqliyyat, kommunikasiya xətlərinin açılmasını özündə əks etdirən Birgə Bəyannamə bu prosesdə mühüm mərhələlərdir.

Region ölkələrinin suverenliyi və yurisdiksiyası çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan TRIPP (Tramp İnkişaf və Rifah Yolu) xətti üzrə müzakirələrin başlanması Cənubi Qafqazda iqtisadi inteqrasiya üçün son dərəcə dəyərlidir.

Bu proses yalnız diplomatik addımlarla məhdudlaşmayıb, həm də konkret iqtisadi inkişaflarla dəstəkləndi. Azərbaycanın Qarabağın işğalından bəri tətbiq etdiyi tranzit yük məhdudiyyətlərini aradan qaldırması və Ermənistana 30 ildən sonra ilk neft ixracı tarixi ilk addımlardır.

Bütün bu addımlar hər iki ölkənin regionda davamlı sülh və əməkdaşlığa olan iradəsini açıq şəkildə nümayiş etdirir. İnanırıq ki, bu əməkdaşlıq layihələri sülh müqaviləsinin imzalanması ilə daha da dərinləşəcək.

Bu mənzərə, şübhəsiz ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşma prosesinə də müsbət təsir göstərir. Türkiyə olaraq, regional inkişaf və ortaq rifah məqsədi ilə sülh və sabitlik üçün əvvəldən göstərdiyimiz səyləri davam etdirəcəyik.

- Cənubi Qafqazda sülh quruculuğu prosesinin gedişini necə qiymətləndirirsiz və mümkün nəticələr barəsində nə düşünürsünüz?

- Azərbaycan ərazilərinin 30 illik işğalına son qoyulması Cənubi Qafqazda sülh üçün tarixi bir fürsət yaratdı. 19 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatından və Azərbaycanın Qarabağ üzərində tam suverenliyini qurmasından sonra regional tarazlıqlar kökündən davamlı sülhə doğru dəyişdi.

Azərbaycan və Ermənistan arasında tam ikitərəfli əsasda aparılan sülh danışıqlarında əhəmiyyətli irəliləyişlər əldə edilib. Bunlardan ən önəmlisi sülh müqaviləsinin mətni üzrə əldə edilən razılaşmadır. Sərhədlərin Delimitasiyası Komissiyaları Birgə Nizamnamələrini hazırlayıb qəbul etdilər və işə başladılar. Bu proses Vaşinqtonda atılan addımlarla daha da möhkəmləndi. Düşmənçilik artıq keçmişdə qalıb, 30 ildir bölgədə hökm sürən münaqişə və qeyri-sabitlik yerini əməkdaşlıq və inkişaf layihələrinə verir. Biz Azərbaycan və Ermənistanın bu istiqamətdə ortaq iradəsini və səylərini yüksək qiymətləndiririk.

Qlobal münaqişələrin və qeyri-müəyyənliklərin artdığı bir dövrdə Cənubi Qafqazda davamlı sabitlik və inkişaf istiqamətində atılan addımlar regionun əməkdaşlığa yönəlmiş yeni bir geosiyasi qovşaq nöqtəsinə çevrildiyini göstərir. Bölgə Şərq və Qərb arasında strateji əlaqələri, enerji və ticarət dəhlizlərini, inkişaf etməkdə olan iqtisadi şəbəkələri bir araya gətirən unikal coğrafi mövqeyi ilə seçilir. Enerji təchizatı təhlükəsizliyinin əhəmiyyətinin artdığı, tədarük zəncirlərinin şaxələndirildiyi və yeni nəqliyyat marşrutlarının inkişaf etdirildiyi hazırkı beynəlxalq mühitdə Cənubi Qafqaz qlobal iqtisadiyyat və diplomatiya üçün kritik bir region kimi əhəmiyyətini artırmağa davam edir.

Regionun gələcəyi üçün bu tarixi fürsətin qaçırılmayacağına, sülh müqaviləsinin imzalanması üçün lazımi şəraitin ən qısa zamanda yaradılacağına və bütün bunların da çox yaxın gələcəkdə regionda yeni tarixi hadisələrə səbəb olacağına inanırıq. Şübhəsiz ki, qazanılan rifah və sabitlik regiondan kənara da təsir göstərəcək və bu da sülhə, sabitliyə doğru qlobal dinamikanın formalaşmasına əhəmiyyətli töhfə verəcək.

- Sizcə, regionda gərginliyi yenidən artıra biləcək hər hansı təhdid müşahidə olunurmu?

- Bölgədə yaranan bu yeni əməkdaşlıq imkanlarının düzgün idarə olunması davamlı sülhə nail olmaq üçün böyük əhəmiyyət kəsb edir. Əlbəttə ki, artan geosiyasi və iqtisadi maraqlar da rəqabətə səbəb ola bilər. Önəmli olan bu rəqabətin münaqişəyə deyil, qarşılıqlı faydalı prinsipə əsaslanan əməkdaşlığa yönəldilməsidir.

Bu kontekstdə bütün əməkdaşlıq layihələrinin iştirak edən ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında formalaşması böyük əhəmiyyət daşıyır və üçüncü tərəflərin də bu prosesə konstruktiv yanaşması vacibdir.

Türkiyə olaraq, diplomatiyaya önəm verməklə, əhatəli və konstruktiv yanaşmamızla regional dialoqun və etibarın gücləndirilməsinə töhfə verməyə davam edəcəyik. Bu baxımdan, bölgədə yaradılacaq bütün əməkdaşlıq mexanizmlərini, xüsusən də 3+3 Regional Əməkdaşlıq Platformasını qətiyyətlə dəstəkləməyə hazırıq.

Biz əminik ki, sülh təməli üzərində qurulmuş nəqliyyat, enerji və ticarət yolları ilə Cənubi Qafqaz qarşıdakı dövrdə sabitlik və rifah mərkəzlərindən birinə çevriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Dekabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see265

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see237

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see233

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see189

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see155

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see148

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see144

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see142

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see134

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see129

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see128

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see127

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri