Icma.az
close
up
RU
Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Azərbaycan Cüdo Federasiyasının (ACF) icraçı vitse-prezidenti Rəşad Rəsullu AZƏRTAC-a müsahibə verib.

İdman.Biz həmin müsahibəni təqdim edir.

- Azərbaycan cüdoçuları 2025-ci ildə beynəlxalq yarışlarda 253 medal qazanıblar. Əldə olunan nəticələri necə qiymətləndirirsiniz?

- Ümumi mənzərəni qənaətbəxş qiymətləndiririk. 253 rəqəmi həm geniş yarış coğrafiyasını, həm də müxtəlif yaş qrupları üzrə dayanıqlı nəticəni göstərir. Bununla yanaşı, bizim üçün əsas göstərici təkcə medal sayı deyil, həmin medalların keyfiyyəti, nüfuzlu turnirlərdə (Qran-Pri, Böyük Dəbilqə, Avropa və dünya çempionatları) əldə olunan nəticələr və idmançıların inkişaf dinamikasıdır. Növbəti dövrdə bu xətti daha da gücləndirməyi hədəfləyirik.

- “Rio-2016” Yay Olimpiya Oyunlarının finalçısı Elmar Qasımov ardıcıl ikinci dəfə ölkə çempionu oldu. Növbəti ildə Qasımovun nüfuzlu beynəlxalq yarışlarda iştirakı gözlənilirmi?

- Elmar Qasımov bu il ərzində dörd beynəlxalq yarışda iştirak edib. Tbilisi Böyük Dəbilqəsi, Qoridə Avropa Kuboku və Praqada Açıq Avropa Turnirində mükafatçılar sırasına düşə bilməyib. Aktauda keçirilən Açıq Asiya Turnirində isə bürünc medal qazanıb.

Beynəlxalq yarışlarda kimin iştirak edəcəyinə performans direktoru və məşqçilər korpusu qərar verir. Elmar Qasımovun cari hazırlıq səviyyəsi və seçmə meyarlarına uyğunluğu nəzərə alınmaqla, növbəti ildə onun beynəlxalq turnirlərə cəlb olunması məqsədəuyğun hesab edilərsə, iştirak edəcək.

- Olimpiya çempionları Hidayət Heydərov və Zelim Kotsoyevin builki çıxışları barədə nə deyə bilərsiniz?

- Paris-2024 Yay Olimpiya Oyunlarından sonrakı mövsümün asan keçdiyini demək çətindir. Hər iki olimpiya çempionumuz böyük diqqət mərkəzində oldu və bu vəziyyətdə idmana tam köklənmək həmişə asan olmur. Biz də onları tədricən, mərhələli şəkildə yarış rejiminə qaytardıq.

Hidayət Heydərov Qvadalaxara Qran-Prisində və VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanaraq yaxşı çıxış etdi. Yay fasiləsindən sonra formasını addım-addım artırdı. Zelim Kotsoyev isə yüksək peşəkarlıq nümayiş etdirdi: Avropa çempionatında gümüş, dünya çempionatında bürünc medal qazandı. Ümumilikdə, Olimpiadadan sonra idmançılar həm bərpa prosesi keçir, həm də uzun müddətdir yığılan xırda və ya xroniki zədələrin müalicəsinə daha çox vaxt ayırırlar. Bu da nəticələrə birbaşa təsir edən amildir.

- 100 kiloqramdan yuxarı çəkidə rəqabət artıb. Bu çəkidə Kənan Nəsibov və Camal Qamzatxanov kimi idmançılar var. Belə olan halda Uşanqi Kokaurinin karyerasını bitirməsi gündəmə gələ bilərmi?

- Uşanqi Kokaurinin karyerasını bitirməli olduğunu düşünmürəm. Əksinə, onun komandada olması bu çəki dərəcəsində rəqabəti artırır, inkişafı sürətləndirir və ümumi səviyyəni yuxarı çəkir. Üstəlik, Kokauri son yarışlarda kifayət qədər stabil çıxış edir: ötən Olimpiadada 7-ci yeri tutmuşdu, bu il isə Avropa və dünya çempionatlarında 5-ci pillədə qərarlaşıb. Qvadalaxara Qran-Prisində çempion olub, ilin son Böyük Dəbilqə turnirindən də bürünc medalla dönüb. Hazırda dünya reytinqində də Camal və Kənanı qabaqlayaraq 6-cı pillədə qərarlaşıb.

- Azərbaycan 2026-cı ildə cüdo üzrə dünya çempionatına ev sahibliyi edəcək. Yarışda neçə ölkənin iştirakı gözlənilir? Hazırlıq işləri nə səviyyədədir və bizi hansı yeniliklər gözləyir?

- Dünya çempionatı 4–11 oktyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək. Yarış proqramında 14 çəki dərəcəsi üzrə fərdi yarışlar və sonda qarışıq komanda yarışı nəzərdə tutulur.

İştirakçı ölkələrin sayına gəlincə, dünya çempionatları adətən 90-dan çox ölkəni bir araya gətirir. Bakıda da buna yaxın miqyas gözlənilir. Bildiyiniz kimi, IJF qaydalarına əsasən, dünya çempionatında böyüklər arasında reytinqdə ilk “yüzlük”də, gənclərdə isə ən güclü “16-lıq”da qərarlaşan idmançılar iştirak edə bilərlər. Bu tip meyarlar tətbiq olunduqda iştirakçı dövlətlərin sayı əsasən bu civarda formalaşır. Daha geniş iştirak modeli tətbiq olunsa, coğrafiya nəzəri olaraq daha da böyüyə və 150-dək arta bilər.

Hazırlıq məsələsinə gəldikdə isə, təşkilati işlər artıq planlaşdırma mərhələsindən icra mərhələsinə keçmək üzrədir. IJF ilə koordinasiya, infrastruktur və logistika, könüllülər, akkreditasiya, media və yayım planı, eləcə də tamaşaçı təcrübəsi üzrə işçi qrupları formalaşdırılır. Məqsədimiz təkcə yarış keçirmək deyil, Bakıda dünya çempionatını yüksək xidmət standartları, güclü təşkilatçılıq, müasir yayım və tamaşaçı təcrübəsi ilə yaddaqalan bir idman bayramına çevirməkdir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Dekabr 2025 22:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri