Icma.az
close
up
RU
Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ankara, 8 avqust, AZƏRTAC

Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla müdafiə sazişi müasir dövrün ciddi çağırışları və riskləri fonunda xüsusi əhəmiyyət daşıyır. Qlobal mexanizmlər zəifləyir, hamı tərəfindən qəbul edilmiş qaydalar isə işləmir. Belə bir vəziyyətdə əməkdaşlıq və regional səviyyədə “təhlükəsiz bufer zonasının” yaradılması heç vaxt olmadığı qədər əhəmiyyətlidir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz yerli televiziya kanallarından birinin efirində səsləndirib.

C.Yılmaz Pakistanın nüvə dövləti olduğunu, Səudiyyə Ərəbistanının iqtisadi baxımdan güclü, Türkiyənin isə inkişaf etmiş hərbi-sənaye kompleksi ilə tanındığını xatırladıb.

“Burada İrana və ya digər tərəflərə qarşı mexanizmin formalaşdırılmasından söhbət getmir. Sazişi imzalayan ölkələr regionda gərginliyin yeni mərhələlərinin yaranmasına yol verməməyə çalışırlar”, - deyə Türkiyənin vitse-prezidenti vurğulayıb. Bununla yanaşı, o bildirib ki, Ankaranın mövqeyinə görə, Ər-Riyad və İslamabadla əldə olunan razılaşma “NATO-ya alternativ deyil, Şimali Atlantika Alyansını tamamlayan bir mexanizmdir”.

Misirin yeni müdafiə sazişində niyə tərəflərdən birinin olmadığını soruşduqda C.Yılmaz bildirib ki, yeni ittifaq bütün tərəflər üçün açıqdır. “Razılaşmanın çərçivəsinin genişləndirilməsini bu günlərdə sazişi imzalayan üç ölkə müəyyən edəcək. Qahirənin də bu prosesə qoşulmasını istisna etmirəm. Niyə də olmasın? Misir hərbi baxımdan güclü, müxtəlif aspektlərdən mühüm əhəmiyyət daşıyan ölkədir”, - deyə türkiyəli siyasi xadim bildirib.

C.Yılmaz qeyd edib ki, Türkiyə “macəra axtarışında deyil” və problemlərin diplomatik yolla həllinə yönəlib. “Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır. Tərəfdaşlarla sıx qarşılıqlı əlaqə qurmaq, əlaqələri inkişaf etdirmək vacibdir. Ankara həm hərbi-sənaye kompleksinə, həm də ittifaqlara güvənir. Bu, dövlətin uzunmüddətli inkişafı baxımından çox vacibdir”, - deyə o vurğulayıb.

Siyasi xadim, eyni zamanda, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında üçtərəfli müdafiə sazişini “sünni dövlətlərin ittifaqı” adlandıran bəzi ekspertlərin fikirlərini qətiyyətlə rədd edib. “Adından da göründüyü kimi, saziş müdafiə məsələlərinə aiddir. Ümid edirik ki, bu saziş İslam dünyasına və bütövlükdə bəşəriyyətə fayda gətirəcək. Məqsədimiz regionda müxtəlif dinlərə etiqad edən bütün xalqların sülh şəraitində birgə yaşamasıdır”, - deyə C.Yılmaz bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 Avqust 2026 16:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see487

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see482

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see395

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see388

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see364

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see357

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see348

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see347

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see344

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see322

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see298

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see292

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see242

Uşaqlara vitamin verməklə immuniteti gücləndirmək mümkün deyil Səhiyyə Nazirliyinin eksperti

24 Noyabr 2026 22:15see239

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see236

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see221

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see216

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see207

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see206

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri