Icma.az
close
up
RU
Cevdet Yılmaz: Azərbaycanla Türkiyənin məqsədi regionun firavan gələcəyini birgə qurmaqdır

Cevdet Yılmaz: Azərbaycanla Türkiyənin məqsədi regionun firavan gələcəyini birgə qurmaqdır

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanla danışıqlarda konstruktiv addımlar atan və müsbət təkliflər irəli sürən Azərbaycan məqsədinin regionda davamlı sülh və rifah olduğunu açıq şəkildə bəyan edib. Bizim məqsədimiz regionumuzun firavan gələcəyini birlikdə qurmaqdır.

Bakıvaxtı.az xəbər verir ki, bunları Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz Ankarada Prezident Administrasiyasının Beştəpə Konqres və Mədəniyyət Mərkəzində keçirilən 28 May - Azərbaycan Cümhuriyyətinin Müstəqillik Günü ilə bağlı tədbirdə deyib.

O bildirib ki, regionda illərlə davam edən qeyri-sabitlik və iztirabların başa çatması ilə Cənubi Qafqazda sülhə yol açılıb: “Hər zaman deyirik ki, ədalətli sülhdə uduzan yoxdur. Azərbaycan 44 günlük Vətən Müharibəsi və ondan sonrakı antiterror əməliyyatları ilə torpaqlarını işğaldan azad etdi, 30 ildir qəsb olunmuş hüquqlarını və ərazi bütövlüyünü bərpa etdi”.

C.Yılmaz Qarabağın yenidən qurulması prosesində də Türkiyənin Azərbaycanla birlikdə addımladığını vurğulayıb: “Türk Əsri” şüarı ilə irəliləyən bu mənalı prosesdə can Azərbaycanla birlikdə bölgədə təhlükəsizlik və sabitlik üçün bizim də üzərimizə vəzifə düşür. İşğaldan azad edilmiş rayonların infrastruktur, enerji və təhlükəsizlik sahələrində dövrün tələblərinə uyğun strukturlaşdırılması aparılır. Bütün aidiyyəti qurumlarımız azərbaycanlı qardaşlarımızın yanındadır. Onilliklər boyu minalanmış torpaqlarda birlikdə aktiv təmizləmə işləri aparılır. Bir vaxtlar münaqişələrin hökm sürdüyü yerlərdə bu gün inkişaf hekayələri yazırıq. Liderlərimizin iradəsi ilə Şuşadan yaranan və parlamentlərimiz tərəfindən ratifikasiya edilən müttəfiqlik münasibətlərimiz bütün aspektlərdə, o cümlədən birgə hərbi təlimlərdə inkişaf edir”, - o, bildirib.

Vitse-prezident əlavə edib ki, Azərbaycanla Türkiyə əlaqələri təkcə ikitərəfli münasibətlərdə deyil. Türkiyə İnvestisiya Fondu kimi birgə inkişaf mexanizmlərində və Türk Dövlətləri Təşkilatının çətiri altında üçüncü ölkələrin iştirakıyla da üçtərəfli əməkdaşlıqla davam edir: "Türkiyə və əziz Azərbaycan ortaq ideyalar ətrafında birləşərək gələcəyi birlikdə qurur. Taleyimiz ortaqdır, bir əsr yox, minilliklər boyunca tariximiz, sevinc və kədərimiz ortaqdır”./Report

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 May 2025 05:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see261

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see213

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see178

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see165

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see155

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see151

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see148

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see147

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see147

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see145

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri