Çexiya polisi XİN başçısı vəzifəsinə namizədin silinmiş irqçi paylaşımlarını araşdırır
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Praqa, 13 oktyabr, AZƏRTAC
Çexiya polisi bir neçə gündür ki, “Avtomobilçilər özləri üçün” partiyasının fəxri sədri, xarici işlər naziri vəzifəsinə namizəd Filip Turekin “Facebook” hesabında əvvəllər yayılan, amma sonradan silinmiş irqçi və ksenofobiya məzmunlu yazıları araşdırır.
AZƏRTAC xəbər verir ki, Çexiya Polis Departamentinin mətbuat xidmətinin məlumatına görə, Turekin açıqlamaları barədə məlumat verən jurnalistlərə qarşı təhdidlər də araşdırılır.
Siyasətçinin özü mübahisəli yazıların müəllifliyini inkar edir və ona qarşı qarayaxma kampaniyası aparıldığı iddiasını irəli sürür.
Jurnalistlər iddia edirlər ki, Turek siyasi karyerasına başladıqdan sonra mübahisəli yazıların əksəriyyətini silib, lakin bütün paylaşımları gizlətmək mümkün olmayıb. Bunlara 2019-cu il martın 17-də 51 nəfərin ölümü ilə nəticələnən Kraystçörç məscidlərinə terror hücumundan qısa müddət sonra dərc edilmiş şərh də daxildir. Orada Turek istehzalı şəkildə hücumu “təmizləmə” adlandırıb və həmin vaxt tənqidlərə məruz qalıb. Jurnalistlər Turekin köhnə paylaşımlarında Hitler və Mussoliniyə aid eyhamlara da diqqət çəkiblər.
Siyasi partiya rəhbərliyinin bu ittihamları səsləndirənlər barəsində polisə şikayət edəcəyi bildirilir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 13 Oktyabr 2025 12:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















