Çexiya Rusiya səfirini XİN ə çağırdı
Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
Çexiyanın Xarici İşlər Nazirliyi (XİN) Çexiya şirkətlərinin ünvanına səslənən təhdidlərə görə Rusiyanın ölkədəki səfiri Aleksandr Zmeyevskiyə qəti etirazını bildirib.
Bakıvaxtı.az Çexiya XİN-ə istinadən xəbər verir ki, səfiri XİN-in Avropa bölməsinin direktoru Hana Hubaçkova qəbul edib.
Diplomatın çağırılması barədə qərar ötən həftə xarici işlər naziri Petr Matsinka tərəfindən qəbul edilib.
Çexiya XİN-də ölkəyə, onun təşkilatlarına və müttəfiqlərinə qarşı belə bir ritorikanın tamamilə yolverilməz olduğunu bildiriblər.
"Məhz Rusiyanın Ukraynaya qarşı müharibəsinin Avropada təhlükəsizlik sahəsindəki vəziyyətin ciddi şəkildə pisləşməsinə gətirib çıxardığı vurğulanıb. Çexiyanın Ukraynaya göstərdiyi yardımın bütün formaları beynəlxalq hüquqda möhkəm əsasa malikdir", - XİN-dən bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 20 Aprel 2026 18:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















