Icma.az
close
up
RU
Çexiya ruslara bu ölkənin vətəndaşlığını almağı qadağan edib

Çexiya ruslara bu ölkənin vətəndaşlığını almağı qadağan edib

Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Çexiya ruslara bu ölkənin vətəndaşlığını almağı qadağan edib


“Azadlıq” radiosu yazır ki, Çexiya Senatı rusların bu ölkənin vətəndaşlığını almasını faktiki olaraq qadağan edən qanunu təsdiqləyib. “Lex Ukraine” adlı qanun əsasən ukraynalı qaçqınların müvəqqəti müdafiəsinin uzadılmasına aiddir, orada ruslar üçün pasportlar haqqında müddəalar düzəlişlər kimi təqdim edilib.
“Azadlıq” radiosu vurğulayır ki, yeni qanuna əsasən, Çexiya vətəndaşlığı üçün müraciətlərə yalnız Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra baxılacaq. Qanun həmçinin Rusiya vətəndaşlarından Çexiya pasportunu almadan əvvəl rus pasportundan imtina etməyi tələb edir. Artıq vətəndaşlıq üçün təqdim edilmiş bütün müraciətlər dondurulacaq.
Yetkinlik yaşına çatmayanlar, sığınacaq axtaranlar və Rusiya rejiminə qarşı çıxanlar üçün istisnalar olacaq. Vətəndaşlıq üçün müraciət edən rusların dissident olduqlarını necə sübut etmələri lazım olduğu aydın deyil.
Qanun həmçinin Çexiya qanunvericiliyinə “xarici dövlətlə icazəsiz əməkdaşlığa” görə cinayət məsuliyyəti də təqdim edir. Müxalifət bu bəndi tənqid edərək, bunun siyasi təqib üçün istifadə oluna biləcəyini qeyd edib.
Senatda müzakirələrdən sonra qanunu 73 senatordan yalnız 21-i dəstəkləyib - lakin fərqli fikirdə olan senatorlar öz düzəlişlərini etmədikləri üçün belə bir sənəd təsdiq edilmiş sayılır. Qanunun nəhayət qüvvəyə minməsi üçün prezident onu imzalamalıdır, lakin bu, çox güman ki, formal xarakter daşıyacaq, çünki o, əvvəllər sənədin qəbuluna etiraz etmədiyini demişdi.
Almaz Həsənli

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 24 Yanvar 2025 00:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri