Icma.az
close
up
RU
Çexiya parlamenti ruslara problem yaradıb

Çexiya parlamenti ruslara problem yaradıb

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


Çexiya Respublikasının parlamenti bu ölkədən sığınacaq istəyən rusların Çexiya vətəndaşlığını almaq üçün mütləq Rusiya vətəndaşlığından imtinasını tələb edən qanun layihəsini təsdiqləyib.
Reyting.az
"Meduza" nəşrinə istinadla xəbər verir ki, "Lex Ukraine" adlanan yeni qanun əsasən ukraynalı qaçqınların müvəqqəti müdafiəsinin uzadılmasına aid olsa da, rusların Çexiya vətəndaşlığını alması şərtlərini də tənzimləyir.
Bildirilir ki, artıq ruslar Çexiya vətəndaşlığı almaq üçün mütləq Rusiya vətəndaşlığından imtina etməlidirlər. Ləğvetmə sorğusu isə Rusiya Federasiyası tərəfindən təsdiqlənməlidir.
Yeni normanın müvəqqəti köç, müəyyən bir müddət ərzində sığınacaq axtaranlar və bəzi digər xüsusi hallar istisna olmaqla, Çexiyada daim yaşamaq istəyən ruslara şamil olunacağı güman edilir.
Hazırda, mövcud qanuna görə, Çexiya Respublikasında vətəndaşlıq əldə etmək üçün ən azı 10 il ölkədə yaşamalı, bunun minimum beş ili daima yaşayış icazəsi ilə olmalıdır.
Daha sonra qeyd olunur ki, rusiyalıların vətəndaşlıq üçün hazırkı müraciətləri müvəqqəti olaraq qanunlar çərçivəsində dayandırılacaq.
Çexiyada yaşayan müxalifətçi və digər ruslar Rusiya vətəndaşlığı ilə bağlı düzəlişi ayrı-seçkilik sayır və bu təşəbbüsü tənqid edirlər. Ancaq Çexiya nəşrinin həmsöhbətlərindən biri Seznam Zpravinin qeyd etdiyi kimi, buna etiraz etmək çətindir, çünki qəbul edilmiş sənəd ayrıca bir qanun deyil. "Və sözsüz ki, ukraynalılara aid olan qanunun hissəsi istisna olmaqla", - deyə Zpravin əlavə edib.
Çexiyanın daxili işlər naziri Vit Rakuşan da bu qanunun ayrı-seçkilik olmadığını bildirib. "Rusiyanın hərəkətləri bizim üçün daima müəyyən təhlükəsizlik təhdididir. Bu cür təhdidləri aradan qaldırmaq ayrı-seçkilik deyil, məsuliyyətdir", - deyə nazir qeyd edib.
Deputatlar da qanunu qəbul etməyə çox tələsiblər. Buna səbəb həm də ukraynalı qaçqınlar üçün müvəqqəti mövcud müdafiə qərarının 2025-ci ilin mart ayının sonunda başa çatmasıdır.
Oqtay QORÇU

Ana səhifəyə dön


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://reyting.az
archiveBu xəbər 19 Dekabr 2024 08:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see353

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see293

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see292

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see291

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see283

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see275

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see268

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see267

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see266

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see253

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see248

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see247

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see245

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see244

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see244

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see235

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see234

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see232

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see222

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri