Icma.az
close
up
RU
Çexiyada növbəti parlament seçkiləri oktyabrın 3 4 də keçiriləcək

Çexiyada növbəti parlament seçkiləri oktyabrın 3 4 də keçiriləcək

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Praqa, 15 may, AZƏRTAC

Bu il Çexiyada parlament seçkiləri 3-4 oktyabr tarixlərində keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Prezident Pyotr Pavelin bununla bağlı qərarı bu gün rəsmi Qanunlar Toplusunda dərc olunub. Bununla da seçki kampaniyası rəsmən başlamış sayılır və bu, partiyalar, hərəkatlar və onların koalisiyaları üçün müəyyən öhdəliklər yaradır. Onların bütün təşviqat fəaliyyəti qanunla müəyyən olunmuş 90 milyon kron (3,6 milyon avro) məbləğindəki limit çərçivəsində aparılmalıdır.

Mayın 15-dən başlayaraq beş gün ərzində, yəni mayın 19-dək seçkilərdə iştirak edəcək birliklər şəffaf seçki hesabı açmalı və həmin hesaba internet saytlarında ictimaiyyətin çıxışını təmin etməlidirlər. Həmçinin bu hesaba Siyasi Partiyalar və Hərəkatların Maliyyə Nəzarəti İdarəsinin çıxışı da təmin olunmalıdır.

Çexiyanın Daxili İşlər Nazirliyi öz saytında qarşıda gələn parlament seçkiləri ilə bağlı məlumat yayıb ki, seçkilərin təhlükəsiz və etibarlı şəkildə keçirilməsi üzərində fəal şəkildə çalışılır. Kibertəhlükəsizliyin təmin olunması məqsədilə xüsusi texniki bölmə yaradılıb. Bu bölmə informasiya sistemlərinə gücləndirilmiş nəzarət, seçkilərlə bağlı veb-saytların monitorinqi, eləcə də kommunikasiyalarda nasazlıq hallarının baş verə biləcəyinə hazırlığın görülməsi üzrə fəaliyyət göstərir.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri