Çexiyada parlament seçkilərinin birinci turunda beş senator seçilib
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Çexiyada Senat seçkilərinin birinci turunda parlamentin yuxarı palatasının 27 yeni üzvündən beşi məlum olub.
Bakıvaxtı.az-ın ČTK agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə 9-10 oktyabrda 27 seçki dairəsində keçirilib.
Seçicilər 81 senatordan 27-ni seçməli idilər. Beş dairədə namizədlər səslərin 50 %-dən çoxunu toplayaraq birinci turda qalib gəliblər.
Qalan 22 dairədə ikinci tur 16-17 oktyabrda keçiriləcək. Növbəti turda ən çox səs toplayan iki namizəd iştirak edəcək.
Birinci turda seçici fəallığı 43 %-i keçib. Ən çox dəstəyi STAN ("Müdirlər və Müstəqillər"), ANO ("Narazı Vətəndaşların Aksiyası") hərəkatı və Vətəndaş Demokrat Partiyasından olan namizədlər alıblar.
Qeyd edək ki, Çexiya Senatı altı illik müddətə seçilən 81 üzvdən ibarətdir. Parlamentin yuxarı palatası üzvlərinın üçdə biri hər iki ildən bir yenilənir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 11 Oktyabr 2026 16:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















