Çexiyada qaz anbarlarının doluluq nisbəti 70 faizə çatıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Praqa, 4 sentyabr, AZƏRTAC
Çexiyada qaz anbarlarının doluluq nisbəti 70 faizə çatıb.
AZƏRTAC xəbər verir ki, sentyabrın əvvəlində Çexiyanın qaz anbarlarında ehtiyatların həcmi təxminən 70 faizə çatıb. Bununla da ölkə Avropa İttifaqının bu dövr üçün müəyyən etdiyi aralıq hədəfləri yerinə yetirib.
Çexiyanın Sənaye və Ticarət Nazirliyinin məlumatına görə, anbarların doldurulması əvvəlki illərlə müqayisədə daha yavaş gedir. Buna baxmayaraq, qarşıdakı qış mövsümü üçün qaz ehtiyatlarının kifayət edəcəyi bildirilir.
Nazirlik sentyabrın 1-dək anbarların ən azı 60 faiz doldurulması tələbini yerinə yetirdiyini açıqlayıb. Həmçinin oktyabrın 1-dən dekabrın 1-dək ehtiyatların 80 faizə çatdırılması ilə bağlı əsas Avropa hədəfinin də reallaşacağı gözlənilir.
Analitiklər yavaş tempin qazın birjalarındakı bahalaşma ilə bağlı olduğunu bildirirlər.
Hazırda Çexiyadakı göstərici Avropa İttifaqı üzrə orta səviyyədən yüksəkdir.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 04 Sentyabr 2026 11:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















