Icma.az
close
up
RU
Çexiyada seçkilərin nəticələri: yeni siyasi mənzərə formalaşır

Çexiyada seçkilərin nəticələri: yeni siyasi mənzərə formalaşır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çexiyanın sabiq baş naziri Andrey Babişin rəhbərlik etdiyi ANO partiyasının 3–4 oktyabr tarixlərində keçirilən parlament seçkilərində əldə etdiyi tarixi qələbə ölkədə mümkün siyasi dəyişikliklər barədə müzakirələri yenidən gündəmə gətirib. Analitiklər Çexiyanın Brüsselin siyasətinə tənqidi yanaşan Macarıstan və Slovakiya ilə eyni siyasi istiqamətdə hərəkət edə biləcəyini istisna etmirlər. Bununla belə, Babişin yenidən baş nazir postuna qayıtması üçün qarşısında bir sıra siyasi və hüquqi maneələr dayanır. Koalisiya danışıqlarının çətin keçəcəyi gözlənilir, həmçinin korrupsiya ittihamları ilə bağlı bəraət hökmünün ləğvi onun namizədliyinə təsir göstərə bilər.

Seçkilərin nəticələrinə əsasən, ANO partiyası 35%-ə yaxın səs toplayaraq parlamentin aşağı palatasında 200 yerdən ən azı 80-ni əldə edib. Bu nəticə ölkənin müasir siyasi tarixində rekord sayılır. İkinci yeri hazırkı baş nazir Petr Fialanın rəhbərlik etdiyi “Birlikdə” (Spolu) koalisiyası 23% səslə tutub. Onların ardınca hakim koalisiyanın üzvü STAN (11%) və Pirat Partiyası (təxminən 9%) qərarlaşıb. Parlamentə həmçinin “Azadlıq və Birbaşa Demokratiya” (SPD) partiyası (8%) və “Özü üçün Avtomobilçilər” partiyası (7%) daxil olub. Seçici fəallığı 68% təşkil edib.

Qələbədən sonra Andrey Babiş tərəfdarlarının qarşısına çıxaraq Çexiyanın “Avropa İttifaqında yaşamaq üçün ən yaxşı yerə çevrilməsi” arzusunu ifadə edib. O, azlıq hökuməti qurmağı planlaşdırdığını və SPD ilə “Özü üçün Avtomobilçilər” partiyası ilə danışıqlara açıq olduğunu bildirib. Belə bir siyasi ittifaq ehtimalı Avropa paytaxtlarında narahatlıqla qarşılanıb. Çexiyanın Macarıstan və Slovakiya ilə daha sıx əməkdaşlıq etməsi və sağ meylli siyasətin güclənməsi ssenariləri müzakirə olunur. Qeyd edək ki, Babişi qələbəsi münasibətilə ilk təbrik edən məhz bu iki ölkənin liderləri olub.

Andrey Babiş bir neçə beynəlxalq məsələdə Aİ-nin mövqeyindən fərqli fikirlər səsləndirib. O, Ukraynaya silah və sursat tədarükünün dayandırılmasını təklif edir, Ukraynanın Aİ-yə üzvlüyünə qarşı çıxır və Çexiyada ukraynalı qaçqınlara geniş imtiyazlar verilməsini tənqid edir. Bundan əlavə, siyasətçi Brüsselin “yaşıl keçid” təşəbbüslərinin çex vergi ödəyiciləri üçün ağır iqtisadi yükə çevrilə biləcəyini bildirir. Bununla belə, Babiş Çexiyanın Aİ və NATO-ya sadiq qalacağını dəfələrlə vurğulayıb.

Baş nazir postuna qayıtmaq üçün Babişin əsas sınağı koalisiya formalaşdırmaq olacaq. “Özü üçün Avtomobilçilər” partiyası ilə ortaq məqamların olması danışıqları asanlaşdıra bilər. Lakin SPD ilə əməkdaşlığın uğuru ifrat sağçıların nə dərəcədə mülayim mövqe sərgiləyəcəyindən asılı olacaq. SPD seçki proqramında ukraynalı qaçqınların ölkədən çıxarılması və Çexiyanın Aİ və NATO-dan çıxması ilə bağlı referendumların keçirilməsi kimi təkliflər irəli sürmüşdü. Bu kimi radikal ideyalar Babiş tərəfindən qəbul olunmasa da, ekspertlər müəyyən kompromis addımların atıla biləcəyini istisna etmirlər.

Digər mühüm məsələ isə Babişə qarşı yenidən başlanan korrupsiya işidir. O, 50 milyon kron (təxminən 2 milyon avro) məbləğində qanunsuz Aİ subsidiyası almaqda ittiham olunur. Məsələ “Leylək Yuvası” adlı istirahət kompleksi ilə bağlıdır: obyekt əvvəlcə onun “Agrofert” şirkətindən ailə üzvlərinə ötürülmüş, subsidiya alındıqdan sonra isə yenidən həmin holdinqin tərkibinə qaytarılmışdı. Məhkəmə iki dəfə Babişi bəraətə layiq görsə də, seçkilərdən üç ay əvvəl hökm ləğv olunub. Siyasətçi ittihamları siyasi xarakterli adlandırır.

Mümkün onillik həbs cəzası riski Babişin siyasi planlarına ciddi təsir göstərə bilər. Prezident Petr Pavel məsələ ilə bağlı hüquqşünaslarla məsləhətləşəcəyini və Babişin namizədliyinin konstitusiya prinsiplərinə uyğunluğunu yoxlayacağını bəyan edib. Bir sıra çex ekspertləri korrupsiya işini onun baş nazirliyə namizədliyinin rədd edilməsi üçün əsas hesab etsələr də, hazırkı mərhələdə belə bir ssenari az ehtimal olunur. Prezident Pavel yaxın günlərdə Andrey Babişlə görüşərək vəziyyətin necə tənzimlənəcəyini müzakirə etməyi planlaşdırır. Babiş isə hələlik “problemin həll yolunun” olduğunu desə də, bunun mahiyyətini açıqlamayıb. İndi diqqətlər prezidentin onun təklifindən razı qalacağına yönəlib.

Səbuhi MƏMMƏDOV

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 06 Oktyabr 2025 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see444

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see295

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see275

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see187

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see157

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see156

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see145

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see135

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see134

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see133

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see126

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see126

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri