Çexiyada Senata seçkilərin ikinci turu keçirilir
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Praqa, 16 oktyabr, AZƏRTAC
Çexiyada Senata seçkilərin ikinci, həlledici turu keçirilir.
AZƏRTAC xəbər verir ki, səsvermə nəticəsində parlamentin yuxarı palatasındakı yerlərin üçdə birinin taleyi müəyyənləşəcək. Seçkilərin bu mərhələsində birinci turda qalib gələn beş senator artıq mandat qazanıb.
İkinci tura hakim ANO partiyasının 13 namizədi yüksəlib. Müxalifətdə isə “Merlər və müstəqillər” partiyası 12 namizədlə təmsil olunur. Vətəndaş Demokratik Partiyasından doqquz, xristian demokratlardan isə iki namizəd mübarizəni davam etdirir.
Seçki məntəqələri cümə günü saat 14:00-da açılıb. Səsvermə saat 22:00-dək, şənbə günü isə saat 08:00-dan 14:00-dək davam edəcək.
Ekspertlər ikinci turda seçici fəallığının əhəmiyyətli dərəcədə az olacağını proqnozlaşdırırlar.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 16 Oktyabr 2026 18:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















