Icma.az
close
up
RU
Çexovun məşhur “silahı” Qafqaza gətirildi Əliyev Paşinyana deyir ki, gəl onu...

Çexovun məşhur “silahı” Qafqaza gətirildi Əliyev Paşinyana deyir ki, gəl onu...

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məşhur rus yazıçısı Antоn Pavloviç Çeхоv dramaturq kimi 4 mükəmməl əsər yazıb. Həmin əsərlər indi də dünyanın müxtəlif teatrlarının repertuarında yer alır. Çexov səhnəni və teatrı mükəmməl bilən bir qələm sahibi idi. Onun məşhur bir fikri var: “Birinci pərdədə bir tapançanı divardan asmısınızsa, sonrakı pərdədə o tapançadan atəş açılmalıdır. Əks təqdirdə onu oraya asmayın”. Dramaturq bu fikri müxtəlif illərdə yazdığı 3 məktubda fərqli formada ifadə edib.

Bəli, əgər səhnədə silah varsa, deməli, tamaşada atəş açılacaq. Bu, qaçılmazdır…

Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Baş naziri Nikol Paşinyana deyir ki, səhnənin ortasından silah asılıb. Bu silahdan nə vaxtsa atəş açılacaq. Gəl, təhlükəni aradan qaldırmaq üçün o silahı ortadan götürək. Maraqlıdır ki, nə Nikol Paşinyan, nə də “sülhsevər” erməni xalqı buna razılıq vermir.

Söhbət ondan gedir ki, 1990-cı ilin avqustun 23-də Ermənistanda Müstəqillik Bəyannaməsi qəbul olunub. Bu sənəddə Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı müddəa yer alıb, Ermənistan Konstitusiyasında da həmin müddəaya istinad var.

Rəsmi Bakı sözügedən istinaddan narazıdır və bunu Ermənistanın Azərbaycana ərazi iddia kimi qəbul edir. Haqlı olaraq deyir ki, bu, iki ölkə arasında sülh müqaviləsinin bağlanmasına maneədir.

Bəs ermənilər nə deyir? Deyirlər ki, Konstitusiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli qərarında açıq şəkildə Ermənistan Respublikasının Konstitusiyasında heç bir ölkəyə qarşı ərazi iddiasının olmadığı qeyd edilir. Başqa bir arqumentləri də var. Konstitusiyanın 5-ci maddəsində qeyd olunan  “Ermənistan Respublikasının ratifikasiya etdiyi beynəlxalq müqavilələrin normaları ilə yerli qanunların normaları arasında ziddiyyət yarandıqda, beynəlxalq müqavilələrin normalarına üstünlük verilir” sözlərinə diqqət çəkilir. Yəni Ermənistan konstitusiyası sülh sazişinin imzalanmasına maneə kimi göstərilə bilməz. Əksinə, sazişin imzalanması konstitusiyanın dəyişdirilməsini də sürətləndirə bilər.

Nəzəri baxımdan düz deyirlər. Ancaq o da bəri başdan bəllidir ki, revanşistlər iqtidara gəldiyi təqdirdə tamam fərqli arqumentlərə söykənəcəklər. Buna görə də İlham Əliyev revanşistləri indidən tərk-silah etmək istəyir.

İkinci məsələ isə Azərbaycan xalqının nifrət etdiyi ATƏT-in Minsk qrupu ilə bağlıdır. Bəllidir ki, 1 yanvar 1997-ci ildən ATƏT-in Minsk qrupuna həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Erməni lobbisi hər üç ölkədə də xüsusi nüfuza sahibdir. İrəvan Minsk qrupunun da ləğv olunmasını istəmir.

Ermənistanda keçirilən növbəti seçkidə revanşistlərin iqtidara gəldiyini təsəvvür edin. Heç şübhəsiz, onlar Müstəqillik Bəyannaməsinə və hazırkı konstitusiyaya istinadən ATƏT-in Minsk qrupunun yenidən fəaliyyətə başlamasını tələb edəcəklər. Elə indinin özündə də daşnaklar daxil olmaqla Qarabağ klanını təmsil edən partiyalar bu fikirdə olduqlarını gizlətmirlər.

Erməni xalqı konstitusiyanı dəyişməyi özü tələb etməlidir. Minsk qrupu da buraxılmalıdır. Niyə? Çünki hər iki məsələ səhnədən asılmış silah kimidir, nə vaxtsa o silahdan atəş açılacaq. İstəməsən belə, səni buna təhrik edəcəklər. Təəssüf ki, erməni xalqı bu təhlükənin nə qədər real olduğunun fərqində deyil. Anlamır ki, Azərbaycanın bu haqlı tələbləri yerinə yetirilməsə, gələcəkdə hansısa avantürist lider onu yenidən türklərlə müharibə meydanına sürükləyəcək.

Azərbaycan, konkret desək, Prezident İlham Əliyev erməni revanşistlərinin gələcəkdə ortaya çıxa biləcək bu kimi təhlükələrindən Azərbaycanı sığortalamaq istəyir. Yəni fürsət varkən davamlı sülh üçün sahəni “minalardan” indi təmizləmək daha məntiqli deyilmi?

Bəs bu mövzu ilə bağlı ermənilərin arqumenti nədir? Deyirlər ki, Ermənistan ən yüksək səviyyədə ATƏT-in Minsk qrupunun buraxılması məsələsinə baxmağa hazır olduğunu bəyan edib. İrəvan sadəcə əmin olmaq istəyir ki, bu, münaqişənin “Qərbi Azərbaycan” şüarı altında Ermənistan Respublikasının ərazisinə keçməsi yox, onun de-fakto və de-yure başa çatması demək olacaq.

Azərbaycanla Naxçıvan arasındakı Zəngəzur bölgəsi bolşeviklər tərəfindən Ermənistana verilib. Azərbaycan Prezidenti hələ 2021-ci ildə çıxışı zamanı bu barədə belə demişdi: “Zəngəzur 1920-ci ildə, 101 il bundan öncə Ermənistana verilib. Ondan əvvəl bu ərazi bizə məxsus idi”.

Tarixdən yaxşı məlumdur ki, Nəriman Nərimanov Bakı Sovetinin 1920-ci il dekabrın 1-də Dövlət Teatrında keçirilən təntənəli iclasında etdiyi nitqində Zəngəzurun Ermənistana güzəştə gedildiyini söyləyib. Bəyanatda yazılıb:

“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın – kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki, bundan sonra heç bir ərazi məsələsi əsrlərdən bəri qonşu olan iki xalqın – ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz. Zəngəzur qəzalarının ərazisi sovet Ermənistanının bölünməz hissəsidir. Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır. Sovet Azərbaycanının qoşunları buradan çıxarılır”.

Bolşeviklər məhz N.Nərmanovun, yəni “sapı özümüzdən olan baltanın” əli ilə Zəngəzuru Ermənistana ərməğan etdi. Onlar ərazini Ermənistana verməklə Azərbaycanı və gələcəkdə bir araya gələ biləcəyi ehtimal olunan Türk dünyasını bəri başdan parçaladılar. Hazırda Zəngəzurun Ermənistanda olması bütün Türk dünyasını əsir-yesir edib. Düşünün ki, biz Türkiyəyə Gürcüstan üzərindən çıxırıq. Neft və qaz kəmərləri, dəmir yol, digər nəqliyyat vasitələrimiz Gürcüstandan keçir. Halbuki Zəngəzur bizdə qalsaydı, hər şey başqa cür ola bilərdi.

Əgər Azərbaycan bu gün Ermənistan konstitusiyasında müvafiq dəyişikliyə nail olmasa, ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verdirə bilməsə, heç şübhəsiz, bu məsələlər gələcəkdə Zəngəzur kimi böyük itkilərə yol açar.

Vəziyyət mürəkkəbdir: həm Ermənistanda bu kimi məsələlərin müsbət həllinə nail olmalıyıq, həm də Nikol Paşinyanın iqtidarda qalmasını təmin etməliyik. Ən azı ona görə ki, o, “real Ermənistan” konsepsiyasından çıxış edir. Revanşistlər isə yenə 3 dəniz arasındakı mifik Ermənistandan dəm vuracaqlar…

Elbəyi Həsənli
Sürix

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see283

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see167

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see157

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see156

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see153

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see151

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see148

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri