Icma.az
close
up
RU
Çexovun silahı prinsipi: Ermənistan aldığı silahları nə vaxt işə salacaq?

Çexovun silahı prinsipi: Ermənistan aldığı silahları nə vaxt işə salacaq?

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Ermənistanın silahlanması intensiv şəkildə davam edir. İstər Hindistandan, istər Fransadan ölümcül silahların alınması bir daha onu göstərir ki, Ermənistanın ritorikası heç də bəyan etdiyi kimi sülhə xidmət etmir. Eyni zamanda, Ermənistanın həm daxilində, həm də xaricdəki diasporada revanşist və faşist fikirlər qalmaqda davam edir. Bütün bunlar silahlanmanın fonunda Ermənistanın gələcəkdə Azərbaycana qarşı ciddi təhdid ola biləcəyini ehtiva edir. Çexovun silahı prinsipi əgər silah alınırsa, silahdan istifadə olunacaq"

Bunu Moderator.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Politoloqun sözlərinə görə, Ermənistan aydındır ki, bu silahları Rusiya, İran üçün almır, ilk növbədə Azərbaycanı hədəfə almaq üçün alır:

 "İrəvan  bu addımları rəsmi bəyanatlarda təhlükəsizlik diversifikasiyası -Ermənistanın təhlükəsizliyinin təmin olunması kimi qələmə verir. Amma nə qədər ki, sülh sazişi imzalanmayıb, iki ölkə arasında həll olunmalı məsələlər qalmaqdadır, Ermənistanda Azərbaycana qarşı ərazi iddiaları qalmaqdadır, o silahların Azərbaycana qarşı yönəlməyəcəyinə əmin ola bilmərik. Yəni belə olan təqdirdə bu gün də olmasa , bir neçə ildən sonra  Ermənistanda yenidən Azərbaycana qarşı hərbi ritorikanı işə salmaq istəyi özünü göstərə bilər və bu, sözsüz ki, bütün bölgənin təhlükəsizliyinə təhdid göstərir. Bölgədə bir silah yarışı, “təhlükəsizlik leması"  deyilən bir vəziyyət yaradır ki, bundan bölgə ölkələrinə də təsirsiz ötüşməyəcəkdir”.

Politoloq vurğulayıb ki, hazırda  Fransanın Ermənistana  pulsuz silahların verilməsi məsələsi gündəmdədir:

“2023-cü ilin oktyabrında Fransa və Ermənistan arasında imzalanan razılaşmaya görə 50 "Bastion" zirehli maşını göndərilməli idi. Onların bir hissəsi artıq Ermənistana verilib, digər yarısının verilməsi isə hələ də gözlənilir. Bundan əlavə, Fransa Ermənistana "Sezar" öz yeriyən artilleriya qurğularını göndərib, həmçinin "Tales" şirkətinin istehsalı olan "Master 200" texnikalarını da təqdim edib. Bütün ehtimallara görə, bu silahların ardı gələcək və Fransa Ermənistana daha ölümcül texnikalar göndərməyə davam edəcək. Bu isə Ermənistana sözsüz ki, daha dekonstruktiv mövqe sərgiləməyə, təxribatlara əl atmağa və nəticədə müəyyən bir müddətdən sonra Azərbaycana qarşı hərbi aqressiv ritorika nümayiş etdirməyə səbəb ola bilər”.

 S.Zahidov  qeyd edib ki, Azərbaycanın hərbi gücü ilbəil daha da artır:

 “Həm büdcə, həm də alınan hərbi texnika baxımından Ermənistanın Azərbaycana qarşı silah yarışında qalib gəlmək şansı və imkanları sıfıra yaxındır. Sözsüz ki, bu prosesin uzanması, illər keçdikcə Ermənistanın iştahını daha da artıra bilər və revanşizm və faşizm ideyalarının gücləndiyi bir dövrdə, Ermənistanın bu iştahını reallaşdırmaqda maraqlı ola biləcəyi ehtimal olunur. Bu isə, öz növbəsində, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, sülh prosesinə və ümumilikdə bölgənin təhlükəsizlik arxitekturasına ciddi təhdidlər yaradacaq”.

Mehin Mehmanqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Fevral 2025 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri