Ceyhun Bayramov Aİ rəsmisi ilə Ermənistanla normallaşmanı müzakirə etdi FOTO
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Maltada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında görüş baş tutub.
Bu barədə Globalinfo.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, tərəflər Azərbaycanla Avropa İttifaqı arasındakı siyasi dialoq, qarşılıqlı münasibətlər, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, habelə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ətrafında fikir mübadiləsi aparıblar.




