Icma.az
close
up
RU
Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Ceyhun Bayramov Ərəb Parlamentinin prezidentinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

11 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən APA-ya verilən xəbərə görə, görüş zamanı, Azərbaycanın ərəb ölkələri və ümumilikdə Ərəb Liqası və Ərəb Parlamenti ilə münasibətləri, Yaxın Şərqdə və bölgəmizdə regional təhlükəsizlik vəziyyəti, İsrail-Fələstin münaqişəsi, habelə Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub.

Görüş zamanı, ölkəmizin xarici siyasətində müsəlman, o cümlədən ərəb ölkələri ilə əlaqələrin inkişafının prioritet istiqamətlərdən biri olduğu vurğulanıb. Azərbaycanın bölgədə sabitliyin, təhlükəsizliyin və sülhün təmin olunması istiqamətində hər zaman çalışdığı, münaqişələrin və müharibələrin qarşısının alınması istiqamətində səylərin artırılmasının vacibliyi qeyd olunub.

Qəzza bölgəsindəki mövcud vəziyyətin aradan qaldırılması istiqamətində səylərin əhəmiyyətinə dair həmrəylik ifadə olunub. Fələstin məsələsi kontekstində ölkəmiz tərəfindən “iki dövlət” prinsipinin rəhbər tutularaq, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll variantının dəstəkləndiyi bir daha diqqətə çatdırılıb.


Bununla yanaşı, ölkəmizin son illərdə həyata keçirdiyi vasitəçilik səylərinin əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov keçmiş münaqişə, Azərbaycan-Ermənistan sülh prosesi, post-münaqişə dövründə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://apa.az
archiveBu xəbər 11 Fevral 2026 17:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri