Icma.az
close
up
RU
Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti ilə görüşüb

Ceyhun Bayramov İtaliya Parlamentinin Deputatlar Palatasının Prezidenti ilə görüşüb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

26 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlə naziri Ceyhun Bayramov İtaliya Respublikasına rəsmi səfəri çərçivəsində İtaliya Respublikası Parlamentinin Deputatlar Palatasının sədri Lorenzo Fontana ilə görüşüb.

525.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat verilib.

Görüş zamanı Azərbaycan və İtaliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Tərəflər Azərbaycan və İtaliya arasında mövcud çoxölçülü strateji tərəfdaşlıq münasibətlərinin inkişafında yüksək səviyyəli təmaslar, səfərlər və dialoqla yanaşı, parlament diplomatiyasının əhəmiyyətli rolunu qeyd ediblər.

Strateji tərəfdaşlığın əsas dayaqlarından biri kimi parlament diplomatiyasının, parlament sədrlərinin və nümayəndələrinin qarşılıqlı səfərlərinin vacibliyi qeyd olunub.

Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi, enerji, ticarət, nəqliyyat, kommunikasiya və humanitar sahələrdə uğurla davam etdirilən əməkdaşlığın təqdirəlayiq olduğu bildirilib. Enerji sahəsində uzunmüddətli əməkdaşlıq, xüsusilə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol xüsusi qeyd olunub. Bununla yanaşı, ikitərəfli münasibətlərdə böyük əhəmiyyətə malik Azərbaycan-İtaliya Universitetinin təsis ediıməsinin strateji tərəfdaşlığa əlavə təkan verdiyi vurğulanıb.

Görüşdə nazir Ceyhun Bayramov keçmiş Ermənistan-Azərbaycan münaqişəsi, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, tarixi Vaşinqton görüşünün nəticələri, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Noyabr 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri