Icma.az
close
up
RU
Ceyhun Bayramov İƏT in iclasında çıxış edib

Ceyhun Bayramov İƏT in iclasında çıxış edib

Icma.az, Operativ MM portalına istinadən məlumat yayır.

7 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının fövqəladə sessiyasında iştirak və çıxış edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir Ceyhun Bayramov müqəddəs Ramazan ayı münasibətilə bütün İslam dünyasına ən xoş arzularını çatdırıb.

Qəzza bölgəsi və Fələstindəki mövcud humanitar böhran, günahsız insanların kütləvi tələfatı, infrastrukturun məhvi, bölgədəki qida və su qıtlığının narahatlıq mənbəyi olaraq qaldığı, mülki şəxslərin ölümünə səbəb olan güc tətbiqinin qəbuledilməz olduğu və bu vəziyyətə son qoyulması üçün təcili və qətiyyətli addımların atılmasının vacibliyi qeyd edilib. 

Bu istiqamətdə, beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və güc tətbiqinin yolverilməzliyi prinsiplərinin üstün tutulmalı olduğu diqqətə çatdırılıb.

Ölkəmizin yanvar ayında əldə olunmuş atəşkəsi müsbət qiymətləndirdiyi diqqətə çatdırılıb, mövcud həssas vəziyyətdə atəşkəsin pozulması və eskalasiyaya gətirəcək addımlardan çəkinilməsinin vacibliyi vurğulanıb. Əldə olunmuş atəşkəsin beynəlxalq hüquqa, o cümlədən Fələstin xalqının legitim istəklərinə əsaslanan dayanıqlı sülh prosesinin başlanğıcı rolu oynamasının əhəmiyyəti vurğulanıb.

Bu kontekstdə, Azərbaycanın münaqişənin “iki dövlət” prinsipi əsasında, beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həllini dəstəklədiyi bir daha diqqətə çatdırılıb.

Hazırkı dövrdə göstərilən sülh təşəbbüslərindən əlavə, humanitar yardım səylərinin əhəmiyyəti qeyd olunub. Azərbaycanın İƏT-in məsuliyyətli üzvü kimi, həmçinin 2026-cı ildə İƏT-in sədri olaraq hər zaman qardaş Fələstin xalqına dəstək göstərməyə hazır olduğu diqqətə çatdırılıb. Bu istiqamətdə, öncəki illərdən əlavə, eskalasiyanın başladığı 2023-cü ildən etibarən Azərbaycanın Fələstin xalqının humanitar vəziyyətinin yüngülləşdirilməsi məqsədilə 2 milyon ABŞ dolları həcmində yardım göstərdiyi bildirilib.

Ölkəmizin, həmçinin Fələstin xalqına təhsil və səhiyyə sahəsində dəstək üzrə təşəbbüs göstərdiyi, bu istiqamətdə 2024-2025-ci illər üzrə Fələstindən olan 15 tələbəyə “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın ayrıldığı, həmçinin Azərbaycanın Nablusda 600 nəfərlik məktəbin tikintisini də öhdəsinə götürdüyü diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov çıxışı zamanı ölkəmizin Qəzzanın bərpası və yardım göstərilməsi üzrə Misir tərəfindən irəli sürülmüş və 4 mart tarixində Fövqəladə Ərəb Sammiti zamanı təsdiqlənmiş planı dəstəklədiyini vurğulayıb. Nazir çıxışı zamanı, iclasda Suriyanın İƏT-də üzvlüyünün bərpa olunması ilə əlaqədar təbriklərini çatdırıb. Suriyanın ərazi bütövlüyü və suverenliyinə, habelə ölkədə davamlı sülh və sabitliyin bərpa olunmasına dəstək ifadə olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:217
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 08 Mart 2025 02:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri