Ceyhun Bayramov İƏT toplantısında çıxış edib KONKRET
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib.
KONKRET.az xəbər verir ki, bu barədə XİN-in “X” hesabında bildirilib.
Nazir İƏT-in yeni Baş katibi İsmayıl Ould Şeyx Əhmədi təbrik edib, islamofobiyanın artmasına qarşı həmrəyliyin vacibliyini vurğulayıb və Azərbaycanın Fələstin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib.
Ceyhun Bayramov regionda hərbi münaqişələrin artmasından dərin narahatlığını ifadə edib. O, diplomatik səylərin gücləndirilməsinə, eləcə də dünyada müsəlman icmalarına qarşı ayrı-seçkilik və zorakılıqla mübarizədə İƏT ölkələrinin birgə fəaliyyət göstərməsinə çağırıb.
Xarici işlər naziri, həmçinin Azərbaycanın 2027-ci ildə İƏT Sammitinə ev sahibliyi etməsi ilə bağlı institusional hazırlıq işləri barədə məlumat verib.
Baxış sayı:107
Bu xəbər 24 Sentyabr 2026 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















