Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Anews saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İraqın Baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseyn arasında telefon danışığı baş tutub.Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.
www.anews.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Telefon danışığı zamanı Yaxın Şərqdə cari regional vəziyyət, bölgədə artan gərginlik, habelə iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Fuad Hüseyn bölgədəki son inkişaflar barədə ətraflı məlumat verərək, münaqişənin genişlənməsinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.
Qarşı tərəf bir neçə gün sonra Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) son hazırlıq işləri ilə bağlı məlumatlandırılıb, mümkün əməkdaşlıq sahələrinə toxunulub.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.www.anews.az

Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
04 Noyabr 2024 20:21
Ceyhun Bayramov həmkarı ilə Yaxın Şərqdəki vəziyyətdən DANIŞDI
04 Noyabr 2024 20:32
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə regional vəziyyəti müzakirə edib
04 Noyabr 2024 20:22
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə cari regional vəziyyəti müzakirə edib
04 Noyabr 2024 21:38

