Ceyhun Bayramov İsveçin yeni səfirini qəbul etdi
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçin Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luis Morsinqi qəbul edib.
Modern.az xəbər verir ki, səfir etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib.
Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edib və diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan-İsveç əlaqələrinin inkişafında səfirin fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, humanitar və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Ceyhun Bayramov Azərbaycanın bölgədə davamlı sülh və sabitliyin təmin olunmasına yönəlmiş səyləri, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesi və regionda yeni əməkdaşlıq imkanları barədə məlumat verib.
Görüşdə, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, regional bağlantılar, enerji təhlükəsizliyi və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Luis Morsinq Azərbaycan və İsveç arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 04 Sentyabr 2026 15:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















