Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bu barədə Ölkə.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfir etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri təyinatı münasibətilə təbrik edib, diplomatik fəaliyyətində uğurlar arzulayıb. Azərbaycan və Yaponiya arasında mövcud əlaqələrin inkişaf etdirilməsi baxımından səfirin fəaliyyətinin əhəmiyyəti qeyd olunub.
Tərəflər Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivlərini, siyasi dialoqun genişləndirilməsi, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat, yüksək texnologiyalar, idman, humanitar və təhsil sahələrində əməkdaşlığın gücləndirilməsi imkanlarını müzakirə ediblər.
İqtisadi əməkdaşlığın genişləndirilməsi çərçivəsində Yaponiya şirkətlərinin Azərbaycanda mövcud investisiya imkanlarından, o cümlədən Ələt Azad İqtisadi Zonasının təqdim etdiyi əlverişli biznes və logistika potensialından yararlanmasının əhəmiyyəti vurğulanıb.
Azərbaycanın regionlararası nəqliyyat-logistika bağlantılarının gücləndirilməsində artan rolu, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr diqqətə çatdırılıb.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun qurulması, həmin ərazilərin iqtisadi potensialının reallaşdırılması və dayanıqlı inkişafı istiqamətində görülən işlər barədə məlumat verilib. Ərazilərin minalarla geniş şəkildə çirkləndirilməsinin bərpa prosesinə, mülki əhalinin təhlükəsizliyinə və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına yaratdığı ciddi maneələr diqqətə çatdırılıb.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 02 Noyabr 2026 17:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















