Ceyhun Bayramov Maltaya yollanıb
Icma.az, Mia.az-ə istinadən bildirir Ceyhun Bayramov Maltaya yollanıb.
Xarici işlər naziri Ceyhun Bayramov Maltanın paytaxtı Valetta şəhərinə işgüzar səfərə yola düşüb.
XİN-dən Mia.az-a verilən məlumata görə, səfər çərçivəsində C.Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak edəcək.
Bununla yanaşı, nazirin tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlərinin keçirilməsi nəzərdə tutulub.
![see](https://icma.az/template/assets/see.png)