Icma.az
close
up
RU
Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

Həbsdə olan eks direktorunun üzərinə həbs qoyulmuş əmlaklarının müsadirə edilməsi istənilir

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Ali Məhkəmədə Tovuz Peşə Liseyinin keçmiş direktoru Tanrıverdi Tanrıverdiyevin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinin üzrə məhkəmə iclasının bəzi detalları məlum olub.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı kassasiya protestini əsaslandıraraq qeyd edib ki, Gəncə Apellyasiya Məhkəməsi faktiki olaraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşıb.


Gəncə Apellyasiya Məhkəməsi hesab edib ki, işin faktiki hallarına əsasən, məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş təqsirləndirilən şəxsə məxsus əmlakın dəyəri düzgün müəyyən edilməyib, iş materiallarından və məhkəmə baxışı zamanı Tanrıverdi Tanrıverdiyevin verdiyi ifadəsinə görə, üzərinə həbs qoyulmuş əmlaklara qiymətləndirici tərəfindən faktiki baxış keçirilməyib. Eyni zamanda, evin təsviri və likvid dəyəri nəzərə alınmadan yalnız internet resurslarından əldə edilmiş elanlar analoji təhlillər əsasında səthi və qeyri-obyektiv, mübahisəli rəy verilib.


Qeyd edilib ki, işin hallarından göründüyü kimi, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri nəticəsində vurulmuş zərərin aradan qaldırılması məqsədilə ibtidai istintaq orqanı tərəfindən məhkum mülkiyyətində olan əmlakları xüsusi müsadirə üçün təklif edilsə də, məhkəmə qeyd olunan əmlaklara xüsusi müsadirə tətbiq etməyib. Zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılıb.


Qərara əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib. Hazırda apellyasiya protesti Gəncə Apellyasiya Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə araşdırılır.


İttihama görə, T.Tanrıverdiyev təhsil nazirinin müvafiq əmri ilə 6 iyun 2016-cı il tarixdə həmin liseydə direktor vəzifəsinə təyin olunub. O, qulluq mövqeyindən istifadə edərək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə məxsus 69.418 manat pulu talayıb, tamah və şəxsi niyyətlə rəsmi sənədlərə yalan məlumatlar daxil edib. Həmin hərəkətləri Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin pul vəsaitinin aidiyyəti üzrə düzgün yönləndirməyib və təhsil sahəsində ödənişlərin qanuna müvafiq aparılması ilə əlaqədar fəaliyyətini pozmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunub. T.Tanrıverdiyev ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək dərs yüklərini ixtisas fənləri üzrə bölünməsinin direktor müavinin yazdığını, dərs saatlarının bölünməsi isə direktorun əmri ilə rəsmiləşdirildiyini bildirib. Pandemiya dövründə müəyyən müəllimlərin işsiz qalmaması üçün bir neçə müəllimə dərnək məşğələsi kimi 100-150 saat əlavə dərs saatının verilməsini tapşırıb.


Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətini təmin etməyib, apellyasiya protestini isə qismən təmin edib. Hökmdən Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilib, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) hökmü cəzaya aid hissədə dəyişdirilib və o, 6 il müddətinə azadlıqdan məhrum olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə məhkəmə iclas zalında həbsə alınıb. Ali Məhkəmənin qərarına əsasən, Gəncə Apellyasiya Məhkəməsinin çıxardığı qərar qismən ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Kamal Məmmədov 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://pravda.az
archiveBu xəbər 11 Fevral 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see164

Koronovirus geri qayıdır? Hindistanda yenidən yayılıb…

28 May 2025 09:40see134

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see130

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see127

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see124

“Mançester Yunayted” ASEAN ulduzlarına məğlub OLDU

28 May 2025 20:04see118

Təhsil sisteminə etimad zədələndi

28 May 2025 13:19see117

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see117

Şəfa dan 5 transfer: Millimizə dəvət edildi, bu klubla anlaşdı

28 May 2025 14:25see117

Zəngəzurda sürpriz ölkə peyda oldu İrəvandan dostlarına xəyanət

28 May 2025 14:10see116

Dünyanın ən varlı ölkələri: Yalnız gəlir deyil, gələcək baxışı da ön plandadır (SİYAHI)

28 May 2025 13:29see115

İkardinin sevgilisi Türkiyədən təkliflər alıb

28 May 2025 13:18see115

İtalyan mafiyası düşmənçilikdən əməkdaşlığa keçir..?

29 May 2025 00:25see115

Tramp Harvarddan buna görə qisas alır: OĞLUNU...

28 May 2025 12:46see115

Çaki öldü

29 May 2025 00:07see114

BMT Baş katibi: Azərbaycan xalqına ən xoş arzularımı çatdırmaqdan məmnunam

28 May 2025 23:31see114

Azərbaycanlılar Rusiyanın bu bölgəsində işləyə bilməyəcək QADAĞA

28 May 2025 13:46see113

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see113

Ukrayna Prezidenti ABŞ ı Rusiyaya qarşı yeni sanksiya tətbiqinə çağırıb

28 May 2025 12:17see113

Ətirşahdan Qurban bayramına özəl MÖHTƏŞƏM KAMPANİYA!

28 May 2025 12:49see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri