Ceyhun Bayramov nigeriyalı həmkarı ilə müzakirə apardı
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, oktyabrın 5-də baş tutan telefon danışığı zamanı Azərbaycan-Nigeriya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, qarşılıqlı maraq doğuran məsələlər, eləcə də çoxtərəfli platformalarda əməkdaşlıq gündəliyi müzakirə edilib.
Tərəflər İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, Parlamentlərarası İttifaq, D-8 və digər platformalarda əməkdaşlığın əhəmiyyətini qeyd edib, qarşılıqlı dəstəyin və əlaqələndirmənin gücləndirilməsinin vacibliyini vurğulayıblar.
Ceyhun Bayramov Azərbaycanın Afrika ölkələri ilə əlaqələrin inkişafını xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi nəzərdən keçirdiyini bildirib.
Bu çərçivədə Nigeriya ilə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Azərbaycanın təqaüd proqramları çərçivəsində Nigeriya vətəndaşları üçün yaradılan imkanların əhəmiyyəti vurğulanıb.
Tərəflər regional və beynəlxalq gündəlikdə duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 05 Oktyabr 2026 21:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















