Icma.az
close
up
RU
Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşüb...

Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşüb...

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

Dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Slovakiya Respublikasının xarici və Avropa işləri naziri Yuray Blanar ilə görüşüb.

SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsində bildirilib ki, görüşdə Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələri, COP29 çərçivəsində əldə olunmuş əhəmiyyətli qərarlar, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

COP29 çərçivəsində iki ölkə rəhbərləri arasında keçirilmiş görüş məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycan və Slovakiya arasında dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı yüksəksəviyyəli səfərlərin həyata keçirilməsinin, eləcə də siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət, habelə energetika sahələri üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcudluğu və əldə olan imkanlardan istifadə olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Qarşı tərəf, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, COP29-un yekunları barədə ətraflı məlumatlandırılıb, sessiya çərçivəsində Bakı Maliyyə Məqsədi daxil olmaqla, bir sıra vacib qərarların qəbul olunduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, bərpa və yenidənqurma işləri, habelə sülh səyləri barədə ətraflı məlumat verib. Delimitasiya, eləcə də sülh sazişi istiqamətində əldə olunan irəliləyişlər qeyd olunmaqla yanaşı, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında mövcud ərazi iddialarının yaratdığı maneələr diqqətə çatdırılıb. İki ölkə arasında bərpa və yenidənqurma işləri, eləcə də minatəmizləmə sahəsində birgə səylər nəzərdən keçirilib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 Dekabr 2024 21:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see298

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see296

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see286

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see255

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see251

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see243

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see238

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see233

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see231

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see220

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see211

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see209

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see208

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see205

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see203

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see203

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see194

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see193

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see188

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri