Icma.az
close
up
RU
Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşüb...

Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşüb...

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Slovakiya Respublikasının xarici və Avropa işləri naziri Yuray Blanar ilə görüşüb. SİA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsində bildirilib ki, görüşdə Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələri, COP29 çərçivəsində əldə olunmuş əhəmiyyətli qərarlar, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

COP29 çərçivəsində iki ölkə rəhbərləri arasında keçirilmiş görüş məmnunluqla xatırlanıb. Bu xüsusda, Azərbaycan və Slovakiya arasında dostluq, qarşılıqlı hörmət və faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafı istiqamətində qarşılıqlı yüksəksəviyyəli səfərlərin həyata keçirilməsinin, eləcə də siyasi məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. İqtisadiyyat, ticarət, habelə energetika sahələri üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlərin mövcudluğu və əldə olan imkanlardan istifadə olunmasının zəruriliyi diqqətə çatdırılıb.

Qarşı tərəf, ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) sədrliyi, COP29-un yekunları barədə ətraflı məlumatlandırılıb, sessiya çərçivəsində Bakı Maliyyə Məqsədi daxil olmaqla, bir sıra vacib qərarların qəbul olunduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov, həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, bərpa və yenidənqurma işləri, habelə sülh səyləri barədə ətraflı məlumat verib. Delimitasiya, eləcə də sülh sazişi istiqamətində əldə olunan irəliləyişlər qeyd olunmaqla yanaşı, Ermənistan konstitusiyasında və qanunvericilik aktlarında mövcud ərazi iddialarının yaratdığı maneələr diqqətə çatdırılıb. İki ölkə arasında bərpa və yenidənqurma işləri, eləcə də minatəmizləmə sahəsində birgə səylər nəzərdən keçirilib.

Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 Dekabr 2024 22:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see262

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see229

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see217

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see205

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see192

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see192

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see175

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see163

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see160

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see160

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see154

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see152

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see152

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see148

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see147

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see145

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see145

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see144

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see142

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri