Ceyhun Bayramov: Son illərdə Türk Dövlətləri Təşkilatına olan maraq əhəmiyyətli dərəcədə artıb
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 26 dekabr, AZƏRTAC
Son illərdə Türk Dövlətləri Təşkilatına olan maraq əhəmiyyətli dərəcədə artıb. Bu, müxtəlif ölkələrin təşkilat çərçivəsində aparılan fəaliyyətlərdə aktiv iştirakı və maraq göstərməsi ilə açıq şəkildə müşahidə olunur. Təşkilatın fəaliyyəti yalnız üzv dövlətlər üçün deyil, həm də beynəlxalq aləmdə diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında söyləyib.
O bildirib ki, Azərbaycan 10-15 il əvvəlki dövrlə müqayisədə fərqli bir resurs bazası və regional imkanlara malik ölkə kimi çıxış edir. Ölkəmiz həm regional, həm də qlobal proseslərdə aktiv iştirak etmək potensialına sahibdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 26 Dekabr 2025 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















