Icma.az
close
up
RU
Pezeşkian İranı Türk Dövlətləri Təşkilatına GƏTİRİR

Pezeşkian İranı Türk Dövlətləri Təşkilatına GƏTİRİR

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son aylarda Azərbaycan-İran münasibətlərində diqqətçəkən istiləşmə müşahidə olunur. Prezident İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında yaranmış səmimi münasibət həm siyasi dairələrdə, həm də ictimai müzakirələrdə geniş rezonans doğurub.

Xüsusilə, Pezeşkianın aprelin 28-də Bakıya səfəri, iyulda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı sammitində iştirakı və bir neçə gün əvvəl Şanxay Əməkdaşlıq Təşkilatın çərçivəsində iki liderin Azərbaycanca söhbəti bu münasibətlərin təzahürü kimi qiymətləndirilir. İlham Əliyevin “Prezident Pezeşkian öz vətənindədir” sözləri isə prosesin rəmzi ifadəsinə çevrilib.

İranda Azərbaycan əsilli olan və daha mötədil siyasəti ilə tanınan Pezeşkianın hakimiyyətə gəlişi münasibətlərə yeni nəfəs gətirib. Onun Türkiyə və Azərbaycanla əməkdaşlığa açıq mövqeyi, dini-ideoloji dairələrin sərt kursundan fərqli xətti bölgədə yeni imkanların yaranmasına yol açır.

Bütün bu amillər fonunda İranın Türk Dövlətləri Təşkilatına (TDT) yaxınlaşması, hətta gələcəkdə üzvlük ehtimalı barədə müzakirələr güclənib. Analitiklər hesab edirlər ki, bu addım regionda geosiyasi balansı dəyişdirə, nəqliyyat, enerji və ticarət sahələrində əməkdaşlığı daha da genişləndirə bilər. İranın təşkilata tamhüquqlu üzv qəbul olunması hələlik gündəmdə olmasa da, son addımlar onun müşahidəçi üzvlüyü üçün mühüm zəmin yaradır.

Modern.az-a açıqlamasında Azərbaycanın İrandakı sabiq səfiru Nəsib Nəsibli deyir ki, İlham Əliyevlə Pezeşkian arasındakı səmimiyyət hər kəsə məlumdur və bu, İranda bəzi dairələri ciddi narahat edir:

“İranda bəzi dairələr bundan çox narazıdırlar. Həyacan içərisindədirlər ki, bunun axırı necə olacaq? Baxın, möcüzə baş verir e. Həm Nikol Paşinyan, həm də Məsud Pezeşkian barədə deyirlər ki, onlar türk siyasəti yeridir. Çünki Türk geopolitikasının işlədiyi dönəm başlayıb. Biz ən pis dönəmimizi yaşadıq. Suverenlik, müstəqillik kimi məsələlərdə 19-cu əsrdən bu yana davam edən tənəzzül dövrü bitib. Artıq 1991-ci ildən inkişaf dövrü başlayıb. Bir çox qruplar də bundan çox narahatdır”.

Sabiq diplomat İranın TDT-yə üzvlüyünü mümkün hesab etsə də, bunu təhlükəli perspektiv kimi dəyərləndirib: “Nəzəri baxımdan mümkündür, amma qurucu üzvlər buna razı olmaz. Çünki İran daxil olsa, təşkilatı dağıtmağa çalışacaq”.

Beləliklə, Azərbaycan-İran münasibətlərində müşahidə edilən yaxınlaşma yeni imkanlar açır. İranın Türk Dövlətləri Təşkilatına ən azından müşahidəçi qismindən qoşulması məsələsi müzakirə edilir. Təşkilatın böyüməsi və nüfuzunun artması ilə bu ehtimal istisna edilmir.

Regionun gələcək geosiyasi mənzərəsi isə həm İranın mötədil kursunu davam etdirib-etdirməyindən, həm də türk dövlətlərinin bu istiqamətdə atacağı qərarlardan asılı olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:269
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri