Ceyhun Bayramov: Xəzər, Qara və Aralıq dənizini əhatə edən bölgənin çox böyük nəqliyyat daşıma potensialı müzakirə mövzusu olub
Icma.az, Report.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan, Türkiyə və Özbəkistanın strateji tərəfdaşlıq və müttəfiqliyindən irəli gələrək bu gün müxtəlif məsələr müzakirə olunub.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Özbəkistan XİN başçıları ilə birlikdə Ankarada keçirilən mətbuat konfransda deyib.
O qeyd edib ki, hər üç ölkənin iştirakı ilə bir sıra yeni potensial layihələr müzakirə olundu:
"Bərpaolunan enerji sahəsində fikir mübadiləsi apardıq. Şərq-Qərb, Orta dəhliz məsələsi də diqqətdə saxlanıldı. Ümumilikdə Xəzər, Qara və Aralıq dənizini əhatə edən bölgənin çox böyük nəqliyyat daşıma potensialı müzakirə mövzusu olub”.
XİN başçısı COP29-da iştiraklarına görə hər iki ölkənin rəsmilərinə təşəkkürünü də çatdırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 29 Yanvar 2025 15:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















