Icma.az
close
up
RU
Ceyhun Bayramov Yaponiyanın səfirini qəbul edib

Ceyhun Bayramov Yaponiyanın səfirini qəbul edib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Xarici işlər naziri Ceyhun Bayramov Yaponiyanın Azərbaycan Respublikasındakı səfiri Vatanabe Katsuyanı ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

XQ xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, səfirin fəaliyyəti dövründə ikitərəfli əlaqələrin inkişafına verdiyi töhfə məmnunluqla qeyd edilib.

Ceyhun Bayramovun bu il Yaponiyaya həyata keçirdiyi səfər və səfər çərçivəsində aparılmış müzakirələr məmnunluqla xatırlanıb. İki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin, iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsinin, enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb. Azərbaycanın beynəlxalq tədbirlərə, o cümlədən COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) və Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransına (WTDC-25) uğurla ev sahibliyi etməsinin ölkənin beynəlxalq əməkdaşlığın təşviqinə, dayanıqlı inkişaf gündəliyinə və qlobal çağırışların həllinə verdiyi töhfənin göstəricisi olduğu qeyd edilib.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri də müzakirə olunub, qarşılıqlı dəstək və çoxtərəfli platformalarda dialoqun davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. İnsanlar arasında təmasların genişləndirilməsi, təhsil, mədəniyyət və idman sahələrində əməkdaşlığın inkişafı məsələlərinə xüsusi diqqət yetirilib.

Bu çərçivədə, Azərbaycanın Yaponiya vətəndaşları üçün birtərəfli qaydada vizasız gediş-gəliş rejimi tətbiq etməsinin ikitərəfli əlaqələrin və turizm mübadiləsinin təşviqinə xidmət etdiyi bildirilib. Cüdo və sumo kimi idman növləri vasitəsilə xalqlarımız arasında qarşılıqlı marağın və mədəni əlaqələrin daha da gücləndirilməsi üçün mövcud imkanlar qeyd olunub.

Qeyd edilən sahələrdə ölkəmizdə keçirilən mötəbər yarışların əhəmiyyəti vurğulanıb.

Nazir Ceyhun Bayramov səfir Vatanabe Katsuyaya Azərbaycandakı diplomatik fəaliyyəti dövründə göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see569

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see302

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see292

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see286

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see280

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see280

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see273

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see252

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see247

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see240

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see239

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see231

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see226

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see226

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see226

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see221

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see220

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see219

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see218

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri