Icma.az
close
up
RU
Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Ceyhun Ələkbərov yüksək vəzifəyə TƏYİN EDİLDİ

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Beynəlxalq əlaqələr departamentinin Qarşılıqlı əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
Bizim.Media "Report.az"a istinadən xəbər verir ki, bu vəzifə Ceyhun Ələkbərova həvalə olunub.
O, 1978-ci ildə Bakıda anadan olub, beynəlxalq münasibətlərin tarixi üzrə fəlsəfə doktorudur, Azərbaycan-Böyük Britaniya diplomatik əlaqələrinin tədqiqatçısı olmaqla yanaşı, Parisdə yerləşən Fransanın kadrların təkmilləşdirilməsi institutu - Milli İctimai Xidmət İnstitutunda (l"Institut national du service public) "Diplomatiyanın yeni metodları" proqramını bitirib.
 

C.Ələkbərovun beynəlxalq münasibətlər, politologiya və strateji kommunikasiyalar sahələrində 20 ildən artıq təcrübəsi var. O, UNESCO-nun mədəni irs üzrə, eləcə də Avropa İttifaqının kommunikasiyalar üzrə ekspertidir, 20-dən çox elmi tədqiqatı, həmçinin rus, türk, ingilis və fransız dillərində yazılmış 300-dən artıq analitik və publisistik məqalələri müxtəlif ölkələrdə dərc edilib. Həm akademik, həm də korporativ biznes sahələrində təcrübəsi olan C.Ələkbərov, eyni zamanda, uzun illər müxtəlif sahələri əhatə edən bir sıra beynəlxalq layihələrdə konsultant kimi fəaliyyət göstərib.


O, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü danışıqlarında iştirak edib, 5 il Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Rezident-Əlaqələndiricisinin Ofisində işləyib, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT-nin İnkişaf Proqramında (UNDP) fəaliyyət göstərib, Proqramın Azərbaycandakı Rezident-Nümayəndəsinin müşaviri və BMT-nin
İnformasiya Mərkəzinin (BMTİM) direktor əvəzi kimi çalışıb, COVID-19 koronavirus pandemiyası müddətində ÜST Azərbaycan Böhran Qrupunun, habelə BMT-nin COP29 İşçi Qrupunun üzvü olub.
Nəqliyyat və logistika sahəsində də təcrübəsi olan C.Ələkbərov daha öncə hava yolu ilə yükdaşımalar sahəsində ixtisaslaşmış "Silk Way" şirkətlər qrupunda İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://bizim.media
archiveBu xəbər 16 Dekabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see572

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see420

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see296

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see295

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see289

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see268

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see235

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see231

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see219

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see215

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see212

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see210

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see208

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see202

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see199

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see199

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see189

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see187

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri