Ceyhun Sultanov: Reallıq odur ki, Avropa zəif komanda gözündə Qarabağ ı görür
sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Bu mərhələdə zəif komanda olmur. Reallıq odur ki, Avropa zəif komanda gözündə "Qarabağ"ı görür". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
Hazırda agent kimi fəaliyyət göstərən veteran futbolçu "Qarabağ"ın pley-off mərhələsindəki potensial rəqiblər barədə fikirlərini bölüşüb:
"Rəqiblərin çıxış etdiyi çempionatı ilə bizim Premyer Liqa fərqlidir. Hətta, Türkiyə çempionatı bizdən üstün olsa da, onlar üçün də çətindir. "Qarabağ"ın bu mərhələyə gəlib çatmağı belə artıq böyük uğurdur. Nəyi bacaracaqsa, onu da etməyə çalışacaq. Ümumi götürəndə pley-offda məğlub olsaq belə, "Qarabağ"a təşəkkür düşür. Əvvəlcə püşkü gözləmək, sonra rəqibə uyğun dəyərləndirmə aparmaq lazımdır. Hər iki komanda özünəməxsus oyun üslubuna malikdir və bizim üçün ağır rəqib sayıla bilərlər. Yenə də PSJ və ya "Nyukasl" arasında seçim etmək qəlizdir".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsini 10 xalla 22-ci sırada bitirən "Qarabağ" pley-offda İngiltərənin "Nyukasl" və ya Fransanın PSJ klubu ilə üz-üzə gələ bilər. Bu raundun püşkü bu gün atılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 30 Yanvar 2026 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















