Ceyhun Sultanov: Nəhayət ki, Qarabağ la rəqabət aparan komanda var
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
"Sabah" oyunda "Qarabağ"a nisbətən daha təhlükəli oynadı". Bu sözləri Sport24.az-a açıqlamasında Ceyhun Sultanov deyib.
Təcrübəli mütəxəssis "Sabah"ın "Qarabağ"a 2:1 hesabı ilə qalib gəldiyi Misli Premyer Liqasının I turundan təxirə salınmış qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Masazır təmsilçisinin turnir cədvəlində liderliyə yüksəlmək şansı var idi və bunu əldən vermədi. Daim lider qala biləcəklərmi? Bunu zaman göstərəcək. "Sabah" yaxşı komandadır, yaxşı da futbol oynadı. Nəhayət ki, "Qarabağ"la rəqabət aparan komanda var. Mövsümün sonu daha maraqlı olacaq. Mənə görə çempionatın geridə qalan hissəsində ən maraqlı matç dünən oldu".
Qeyd edək ki, ötən gün baş tutan "Sabah"- "Qarabağ" görüşü Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra Valdas Dambrauskasın komandası 34 xalla turnir cədvəlinə başçılıq edir. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 33 xalla ikincidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 19 Dekabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















