Ceyhunun nəşinin gətirilməsi üçün yardım kampaniyası başlatdılar
Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl həmyerlimiz Ceyhun Sadibəyli ABŞ-nin Florida ştatında yerləşən Mayami şəhərindəki çimərliklərin birində boğularaq vəfat edib.
“Qafqazinfo” xəbər verir ki, Ceyhunun nəşinin Azərbaycana gətirilməsi məqsədilə yardım kampaniyası başladılıb.
Bildirilib ki, ailəsinin arzusuna uyğun olaraq, onun nəşinin doğma vətəni Azərbaycana göndərilməsi planlaşdırılır. Lakin nəşin repatriasiyası (ölkəyə qaytarılması), sənədləşmə və dəfn xərcləri yüksək məbləğ tələb edir. Bu səbəbdən dostları yardım kampaniyası başladaraq Ceyhunun ailəsinə maddi və mənəvi dəstək olmaq qərarına gəlib.
Qeyd edək ki, Bostonda yaşayan Ceyhun Sadibəyli Mayamidə “South Beach” adlanan ərazidəki çimərlikdə olarkən onun həyat yoldaşı suda boğulmağa başlayıb. 24 yaşlı Ceyhun xanımını xilas etmək istəyərkən özü ölüb.

Baxış sayı:59
Bu xəbər 26 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















